• şənbə, 20 Aprel, 09:49
  • Baku Bakı 14°C

İstanbulda Azərbaycan milli rəqsləri tədris olunur

08.12.19 12:30 708
İstanbulda Azərbaycan milli rəqsləri tədris olunur
İstanbulda Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və Qara dəniz Vəqfində Azərbaycan milli rəqsləri tədris olunur.
AZƏRTACxəbər verir ki, dərslər Bengü Türk televiziyasının "Azərbaycan ruzigarı” proqramının müəllifi və aparıcısı, eyni zamanda, Türkiyədə milli rəqslərimizi təmsil edən həmyerlimiz Səidə Ömər tərəfindən verilir.
Uzun illər Azərbaycan xalq rəqslərini Bakıda tədris edən S.Ömər Türkiyədə də bu ənənənin davam etdirilməsinə ehtiyac olduğunu bildirib. O, İstanbulda keçirilən dərslərdə Türkiyədə yaşayan həmyerlilərimizlə yanaşı, türk vətəndaşlarının da fəal iştirak etdiyini deyib.

banner

Oxşar Xəbərlər