AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İşğaldan azad olunmuş respublika əhəmiyyətli yollarda yeni gömrük postları yaradılacaq

İşğaldan azad olunmuş respublika əhəmiyyətli yollarda yeni gömrük postları yaradılacaq

İqtisadiyyat
10 May 2021, 12:15 407
"Torpaqlarımızın işğaldan azad olunması nəticəsində respublika əhəmiyyətli nəqliyyat yolları ilə daşımalarla əlaqədar fəaliyyətimiz üçün Dövlət Sərhəd Xidməti ilə Dövlət Gömrük Komitəsinin birgə postları təyin olunacaq”.
 
APA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Sədr bildirib ki, bu işlər müvafiq iş rejiminə uyğun həyata keçiriləcək: "Bu sahədə çalışmalarımız davam edir”.

Azərbaycan ərazisindən tranzit kimi istifadə olunmaqla narkotik idxalı barədə danışan S. Mehdiyev bildirib ki, bunlar, əsasən, Avropa, Rusiya və Gürcüstana istiqamətlənmiş tranzit keçidlərdir: "Təkcə aprel ayında 730 kq-dan narkotik vasitə Astara və Biləsuvar gömrük idarəsi postları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində aşkarlanıb. Eyni zamanda son dövrlər Prezidentin gömrük orqanlarına göstərdiyi diqqət və qayğı sayəsində alınmış müasir texniki vasitələrin köməyi ilə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan üzərindən keçirilməsinin qarşısı alınıb. Bu əməliyyatlar bizim əsas vəzifələrimizdir. Azərbaycan tranzit ölkə olaraq narkotiklərə həmişə yox deyib”.