• cümə, 26 Aprel, 11:33
  • Baku Bakı 12°C

İran XİN: Trampın seçilməsinə reaksiyamız İran xalqının qiymətləndirmə meyarı olacaq

09.11.16 16:05 946
İran XİN: Trampın seçilməsinə reaksiyamız İran xalqının qiymətləndirmə meyarı olacaq
"Rəsmi Tehranın Trampın prezident seçilməsinə reaksiyası İran xalqının qiymətləndirmə meyarı olacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

O qeyd edib ki, İran xalqının ötən onilliklər ərzində ABŞ-ın sabiq rəsmilərinin gördüyü işlərdən acı xatirələri var. "İran xalqının qiymətləndirmə meyarında əsas amil ABŞ-ın gələcək hökumətinin yürüdəcəyi siyasət olacaq. Bu, onların seçki təşviqatı zamanı tutduqları mövqe və verdiyi bəyanatlardan daha önəmli ola bilər”.

B. Qasimi deyib ki, ABŞ-ın keçmiş rəhbərlərinin region ölkələrinin işinə müdaxiləsi bölgənin müsəlman xalqlarında qıcıq yaradıb, bölgədə ifratçılıq və zorakılığın artmasında əsas amil olub. "Strateji əhəmiyyətə malik olan Yaxın Şərqdə, Fars və Ədən körfəzlərində, Qırmızı dəniz bölgəsində yaranmış qeyri-sabitlik deməyə əsas verir ki, ABŞ regional siyasətinə yenidən baxmalıdır”.
banner

Oxşar Xəbərlər