• şənbə, 27 Aprel, 06:36
  • Baku Bakı 12°C

İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib

04.01.22 11:46 296
İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin5,6 milyonmanatlıq borcları ödənilib.
"Kaspi"nin əldə etdiyi məlumata görə, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün34 185 789,50manat xərclənib.
Tibbi xərclərin ödənilməsi üçün12 613 948,01manat, borc öhdəliklərinin qarşılanması üçün5 687 318,37manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə707 530,51manat sərf olunub.
Qeyd edək ki, indiyədək fondda66 340 818,12manat toplanıb. Vəsaitin52 658 087,65manatı xərclənib.
Vəsaitin qalığı isə13 682 730,47manatdır.
banner

Oxşar Xəbərlər