Çin Rusiyanı “Bir kəmər, bir yol” dəhlizinə cəlb edir
Çin və Rusiya Birləşmiş Ştatların etiraz və qısqanclıqları fonunda
hərtərəfli əməkdaşlığı davam etdirməkdədirlər. Rusiyanın Qərbin sanksiyalarından
sonra Şərqə doğru istiqamət götürməsi yaşanır. Tərəflər bütün beynəlxalq forumlarda
bir-birinə dəstək nümayiş etdirir, beynəlxalq ticarət sahəsində qarşılıqlı
dövriyyələrini artırmaqdadırlar. Lakin bütün bunların fonunda Rusiya Çinin
irimiqyaslı iqtisadi və infrastruktur ekspansiyasına ehtiyatla yanaşmağa
çalışır. Söhbət ilk növbədə Çinin irəli sürdüyü və "Yeni İpək Yolu” kimi elan
etdiyi "Bir kəmər, bir yol” dəhlizi layihəsindən gedir. Çində aprelin 25-27-də
onlarla dövlət başçısının, o cümlədən Rusiya prezidenti Vladimir Putinin
iştirakı ilə keçiriləcək "Bir kəmər, bir yol” layihəsinin ikinci forumu
ərəfəsində çinlilər layihənin uğurları barədə danışmaq üçün irimiqyaslı kampaniyaya
start veriblər. Çinin Rusiyadakı səfiri Li Xuyey Rusiya nəşrlərinə
müsahibəsində Moskvanın, layihənin reallaşmasında necə bir tərəfdaş olduğunu
bildirib. Düzdür, ekspertlər bildirirlər ki, Rusiya formal olaraq layihənin
iştirakçısı deyil və Şərqə doğru istiqamət deklarativ mərhələdən belə
tərpənməyib. Rusiya formal olaraq layihənin iştirakçısı olmasa da, Avrasiya
İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Və 2018-ci ilin may ayında Çinlə
ticarət-iqtisadi əməkdaşlıq sazişi imzalayıb. Aİİ və "Bir kəmər, bir yol”
dəhlizinin yaxınlaşması barədə hələ 2015-ci ildə Rusiya və Çin liderləri
razılaşıblar. Layihələrin "yaxınlaşması” tərəfdaşlığın yeni səviyyəsinə çıxma,
hətta qitədə yeni iqtisadi məkanın yaradılması kimi təqdim edilirdi. Məmurlar
Şərqə doğru dəyişməni, Qərb sanksiyalarına rəğmən dəyişmə kimi
qiymətləndiriblər. Rusiya və Çin məmurları əməkdaşlığın uğurları barədə
mütəmadi hesabatlarında, 2018-ci ildə tarixdə ilk dəfə olaraq ticarət
dövriyyəsinin 107 mlrd. dollara yüksəlməsindən bəhs edirlər. Bundan əlavə, nüvə
sahəsində əməkdaşlıq sazişi imzalanıb, sərnişin təyyarəsinin birgə istehsalı
ilə bağlı işlər aparılır, "Yamal” qaz layihəsi ilə sıxılmış qazın yüklənməsi,
Arktikada bu əməkdaşlığın genişlənməsi prosesi aparılır. Mütəxəssislər qeyd
edirlər ki, hazırda dünyanın gündəmində "Dəhlizlər və yollar” konsepsiyası
geniş yayılır. Bura Çinin "Böyük İpək yolu” ideyasını da daxil etmək olar.
İdeyanın özü bir sıra məsələlərin həlini nəzərdə tutur və forumda da bu
məsələlər öz əksini tapacaq. "İpək yolu” ilə bağlı Rusiyada yeni və ilk
transsərhəd dəmir yolu və avtomobil körpülərinin inşası işləri aparılır.
Çin-Avropa marşrutu üzrə Rusiya ərazisi ilə dəmir yolları reyslərinin testləri
aparılıb. Kompleks planda magistral infrastrukturun 2024-cü ilə kimi
genişlənməsi və köhnə dəmir yollarının modernləşməsi nəzərdə tutulur.
Avropa-Qərbi Çin istiqamətində yükdaşımaların müddətinin 3,6 sutkadan 1,6
sutkaya kimi azaldılması nəzərdə tutulur. Moskva Çinə, sürətli magistral yolun
inşası ideyasından imtina etməyib. Rusiya prezidenti sadəcə, yeni istiqamət
müəyyən edib – Sankt-Peterburq.
Rusiya Çin meqaregionunun bir hissəsinə çevrilmək və öz ərazisini Çin yüklərinin Avropaya tranziti üçün istifadə etməyə tələsmir. Rusiya sadəcə, Aİİ timsalında özünün meqaregionunu qurmağa çalışır.
Rusiyalı ekspert Aleksey Maslov da bildirir ki, Rusiya formal olaraq "Böyük İpək yolu” layihəsində iştirak edə bilmir. "Moskva bu layihəni uğurlu hesab etsə də, hələ də ona qoşulmayıb. Onun öz layihəsi - Aİİ var. Rusiya sadəcə, körpü, tranzit ərazi olmaq istəmir. Hazırda biz ancaq bəyanatlar mərhələsində qalırıq. Şərqə doğru istiqamət şüarı məsələsində biznesmenlər ümid edirdilər ki, Çin onların məhsulunu alacaq, lakin bu, baş vermir”, -deyə Maslov bildirir. Başqa bir ekspert Vitali Mankeviç isə hesab edir ki, Rusiya bu layihədə statusunu qaldırmalıdır: "Ən əsası, bunun üçün imkanlar var”.
Yeri gəlmişkən, bu layihədə Türkiyə və Azərbaycana da böyük önəm və yer ayrılır. Tarixi "İpək yolu” layihəsinin ölkəmizdən keçdiyini nəzərə alsaq, bizim üçün də bu, əhəmiyyət kəsb edir. Xatırladaq ki, Çin layihə üçün 2014-cü il İpək Yolu İqtisadiyyat Qurşağı Fondunu qurdu və bu fonda 40 milyard dollarlıq maliyyə ayırdı. Layihəyə dəstək üçün isə 2014-cü ildə 100 milyard dollarlıq sərmayə qoymaq üçün Asiya İnfrastruktur İnvestisiya Bankını qurdu. Türkiyə də bu bankın qurucu üzvlərindən biridir. Təxminlərə görə, layihə 65 ölkənin 4 milyard yarım (4,4) insanını və 20 trilyon dolları əhatə edir. Müasir İpək Yolu Layihəsinin əsas məqsədi Asiya - Avropa iqtisadiyyatları arasında nəqliyyat infrastrukturu, ticarət və investisiya əlaqəsi qurmaqdır. Layihə çoxtərəfli və fərqli alternativləri əhatə edir. Quru və dənizdən olmaqla iki əhəmiyyətli beynəlxalq ticarət marşrutu var: birincisi, İpək Yolu İqtisadiyyat Qurşağı, ikincisi, Dəniz İpək Yolu. Türkiyə "orta dəhliz” adlandırılan Çin - Mərkəzi və Qərbi Asiya dəhlizi üzərindədir. Dəniz yolu deyildiyi zaman cənub və cənub-şərqi Asiyadan Şərqi Afrika və Aralıq dənizinin şimalına qədər uzanan dəniz bölgəsində planlaşdırılmış limanlar və digər sahil strukturları şəbəkəsi nəzərdə tutulur.
"Yeni İpək Yolu” həm də Çinin "Marşall planı” sayılır. Çin rəhbərliyi tərəfindən inkişaf etdirilən bu layihə İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Marşal yardımlarına bənzədilsə də, iqtisadçıların hesablamalarına görə, ondan 12 dəfə böyükdür. Dəniz dəhlizi başladığı zaman isə Pekindən dəniz yolu ilə iki aya təslim edilən məhsullar iki həftədən qısa müddətdə İstanbulda olacaq. Bununla quru yolu məsafəsi üç min kilometr qısalmış olacaq. Türkiyə Çindən Avropanın içərilərinə qədər uzanacaq layihənin mühüm ölkələrindən biridir. Avropa, Asiya və Yaxın Şərq coğrafiyasının kəsişdiyi nöqtədə yerləşən Türkiyə, layihənin quru və dəmir yollarının Avropaya əlaqə xəttini təşkil edir.
Azər