• şənbə, 27 Aprel, 05:49
  • Baku Bakı 14°C

İmmunologiya üzrə böyük beynəlxalq tədqiqat mərkəzi yaradılır

09.06.22 17:00 628
İmmunologiya üzrə böyük beynəlxalq tədqiqat mərkəzi yaradılır

2024-cü ildə Barselonada immunologiya sahəsində beynəlxalq etalon olmağı hədəfləyən əsas beynəlxalq immunologiya tədqiqat mərkəzi CaixaResearch İnstitutu açılacaq.

AZƏRTAC xəbər verir ki, Caixa Fondu tərəfindən yaradılan yeni immunologiya mərkəzində 50-yə yaxın tədqiqat qrupu və 700-ə yaxın insan çalışacaq.

İspaniyanın ən yaxşı 5 onkoloqundan biri olan yeni mərkəzin elmi komitəsinin direktoru Josep Taberneronun sözlərinə görə, immunologiya yaxın illərdə təbabəti dəyişəcək tədqiqat sahələrindən biridir.

Son 5 ildə biotibbi tədqiqatlar üçün büdcəsini 3 dəfədən çox artıran Caixa Fondu 2021-ci ildə elmə 36 milyon avro ayırıb.

banner

Oxşar Xəbərlər