• şənbə, 27 Aprel, 03:26
  • Baku Bakı 14°C

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

28.11.21 11:30 252
İlham Əliyevin  Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Kaspi.az xəbər verir ki, Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.
Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşılayıb.
Sonra AzərbaycanPrezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
banner

Oxşar Xəbərlər