• şənbə, 27 Aprel, 01:08
  • Baku Bakı 14°C

İlham Əliyev Livanın yeni prezidentini təbrik edib

11.11.16 18:27 856
İlham Əliyev Livanın yeni prezidentini təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevMişel Aunu Livan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, Livan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik. Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
banner

Oxşar Xəbərlər