• cümə, 26 Aprel, 11:21
  • Baku Bakı 12°C

Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə olunub

28.07.20 12:37 524
Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə olunub
Prezident İlham Əliyev hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, hasilat sənayesində şəffaflıq (HSŞ) üzrə hesabatlılığın təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.
Dövlət Statistika Komitəsinə tapşırılıb ki, HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı toplanılmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etsin.
Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına tapşırılsın, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilsin ki, HSŞ üzrə hesabatlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formada və müddətdə təqdim etsin.
"Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 529; 2019, № 5, maddə 829) ləğv edilib.
banner

Oxşar Xəbərlər