• cümə, 26 Aprel, 00:56
  • Baku Bakı 16°C

Gəncədə Uşaq Xəstəxanasına yeni direktor təyin edildi - DOSYE

07.03.23 16:51 673
Gəncədə Uşaq Xəstəxanasına yeni direktor təyin edildi - DOSYE

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına yeni təyinat olub.

Kaspi.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Həsənov Səbuhi Mikayıl oğlu Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Uşaq Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Həsənov Səbuhi Mikayıl oğlu 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2003-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində pediatriya ixtisası üzrə ali təhsil alıb. 2009-2010-cu illərdə Türkiyə Respublikasının Kayseri şəhərindəki Erciyez Universitetində internatura keçib.
S.Həsənov 2018-ci ildə Rusiyanın Moskva şəhərində uşaqların reanimasiyası mövzusunda təlimdə, 2021-ci ildə 65-ci Türkiyə Milli Pediatriya konqresində, Qazi Universitetində yenidoğulmuşların reanimasiyasına aid kurslarda iştirak edib.
Son təyinatına qədər o, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasında pediatriya şöbəsinin müdiri olub.  Yuxarı və aşağı tənəffüs sistemi xəstəlikləri, mədə bağırsaq, allergik, qan xəstəlikləri, helmintozların müalicəsi, böyrək və sidik yolları xəstəlikləri, kəskin revmatik qızdırma (revmatizm) kimi xəstəliklərin müalicəsi ilə məşğul olub. 
banner

Oxşar Xəbərlər