• şənbə, 27 Aprel, 00:53
  • Baku Bakı 14°C

Gələn ay “Gəncliyin səsi” festivalı keçiriləcək

25.01.19 14:38 656
Gələn ay “Gəncliyin səsi” festivalı keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin "2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2019-cu il tarixində ənənəvi "Gəncliyin səsi” festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.
2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.
Cari ildə "Gəncliyin səsi” festivalının "ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.
Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.
Festival çərçivəsində keçiriləcək tədbirlər:
1 fevral 2019-cu il, saat – 12:00
Festivalın açılışı
Beynəlxalq Muğam Mərkəzi
1 fevral 2019-cu il, saat – 16:00
Gənc musiqiçilərin konserti
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi
2 fevral 2019-cu il, saat – 17:00
ASAN Könüllülərin iştirakı ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan”müsiqili komediyası
Sumqayıt Dövlət Dram Teatrı
2 fevral 2019-cu il, saat – 12:00
Prezident təqaüdçülərinin konserti
Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev Mərkəzi
2 fevral 2019-cu il, saat – 11:00
Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi
Gənclərin fotoəsərlərindən ibarət sərgi
Quba regional "Asan həyat” Kompleksi
4 fevral 2019-cu il, saat – 12:00
Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi
Masallı regional "Asan həyat” Kompleksi
4 fevral 2019-cu il, saat – 15:00
ASAN Könüllülərin iştirakı ilə Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” tamaşası
İmişli regional "Asan həyat” Kompleksi
4 fevral 2019-cu il, saat – 15:00
Gənc yazarlarla görüş
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
5 fevral 2019-cu il, saat – 15:00
ASAN Könüllülük Məktəbinin məzunu Xülya Cəfərova ilə görüş
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
5 fevral 2019-cu il, saat – 19:00
"ASAN Könüllüləri”nin təqdimatında "Vəfalı Səriyyə” tamaşasının premyerası
Azərbaycan Dövlət Musiqili Teatrı
banner

Oxşar Xəbərlər