• cümə, 26 Aprel, 10:33
  • Baku Bakı 12°C

Fuat Oktay: "Türkiyə normallaşma prosesini dəstəkləyir”

26.11.22 10:45 807
Fuat Oktay: "Türkiyə normallaşma prosesini dəstəkləyir”

“Regional sabitliyin təmin olunması üçün Ermənistanla normallaşma prosesi başlayıb”.

Kaspi.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisinin iclasında deyib.

O bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir.

F.Oktay söyləyib ki, Türkiyə Ermənistanın otuz il işğal altında saxladığı Qarabağın azadlığa qovuşması yolunda Azərbaycann yanında olub: “Ölkəmiz və millətimizin maraqları nəyi tələb edirsə, onu etdik, etməkdəyik. Azərbaycana Vətən müharibəsində ən böyük dəstəyi verdik. Sonra regionda sabitlik üçün Ermənistanla normallaşma prosesini dəstəkləməyə başladıq”. (Report)

banner

Oxşar Xəbərlər