çərşənbə, 05 Oktyabr, 18:47

Baku Bakı 23°C

“Fantomas” filminin davamı olaraq bədii film və serial çəkiləcək

icon 304 icon 13 avqust 2022 | 11:00 “Fantomas” filminin davamı olaraq bədii film və serial çəkiləcək

“SND” studiyası Fransanın detektiv romanı olan “Fantomas” əsasında film və serial çəkməyi planlaşdırır.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, bu barədə layihənin prodüseri Vassim Beji bildirib.

“Amansız oğru və qatil Fantomas həmin dövrdə Qərbin ən dəhşətli cani obrazı idi. Həmin personaj, eyni zamanda, dünyanın ən böyük rəssamları üçün də ilham mənbəyi olub”,- deyə prodüser vurğulayıb.

Xatırladaq ki, 1911-ci ildə fransız yazıçıları Marsel Allen və Pier Suvestr tərəfindən yaradılmış “Fantomas” ən məşhur fransız personajlarından biridir. “Fantomas” ilk dəfə 1913-cü ildə Lui Feyad tərəfindən çəkilmiş səssiz kriminal filmi olaraq ekrana çıxıb. Daha sonra, 1964-cü ildə Jan Mare və Lui de Fünesin iştirakı ilə kriminal komediya trilogiyası ekranlaşdırılıb.

Prodüser V.Bejinin sözlərinə görə, “SND” studiyası ilə istehsalı planlaşdırılan növbəti bədii film və serial Fantomasın qaranlıq köklərinə qayıdışı olacaq. Bu, hazırda reallaşması planlaşdırılan ən iddialı layihələrdəndir.