Əvvəllər deyirdilər parklanma yerləri yoxdur, indi isə...

Yol kənarında avtomobillərin saxlanılması hərəkətə mane olduğu üçün parklanmalarla bağlı məsələlər gündəmə gətirilmişdi. Yeni parklanma məkanları yaradılıb istifadəyə verildi. Lakin yenə də sürücülər avtomobillərini daha çox yolların kənarında saxlamağa üstünlük verirlər. Belə olan halda isə yol hərəkətində problemlər yaranır. "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev qəzetimizə açıqlamasında qanunsuz parklanmaların onların yollarda iş aparmalarına mane olduğunu bildirdi. O eyni zamanda qeyd etdi ki, bu cür parklanmalar həm də digər yolların tez sıradan çıxmasına səbəb olur: “Biz avtomobil yollarını genişləndiririk, yeni yollar tikirik, əsaslı təmir işləri aparırıq. Niyə? Belə çıxır ki, bu işləri avtomobillərin park edilməsi üçün görürük. Şəhərdə ancaq bu mənzərə ilə rastlaşıram. Bizim işə maneçilik yaratmaqları bir tərəfə qalsın. Deməli, üç hərəkət zolaqlı yolun (Üç gediş, üç gəliş) iki zolağı parklanma ilə əlaqədar tutulur. Üç yol zolağının yükü bir zolağa düşəcəksə, o yol lazımi səviyyədə qala bilər? Qanunsuz parklanmalar nəticəsində yolların bir hissəsini maşınlar tuturlar. Həm yollarda avtomobillərin hərəkətində problem yaradır, həm də yollar tez sıradan çıxır. Nizami küçəsində işlərimizi demək olar ki, bitirmişik. Asfalt beton örtüyü vurmuşuq, bordürləri dəyişmişik, amma yolda xətləmə işləri apara bilmirik. Gecə saat 3-4-də biz Səməd Vurğun küçəsində maşınları yığışdırıb, xətlənmə işləri apara bilmirik. Şəhərin mərkəzi hissələrində bu problemlə daha çox rastlaşırıq. Ən son Şəmsi Bədəlbəyli, Nizami Gəncəvi, Süleyman Rüstəm küçələrində işlərimizi apardıq. 20 Yanvar dairəsini genişləndirdik, amma avtomobillər, taksilər yığılıb yenə yolu bağlayıblar”.
P.Mürsəliyev deyir ki, parklanma üçün avtodayanacaq olan yerlərdə belə avtomobilləri yol kənarında saxlayırlar: “Üçüncü mikrorayon bazarının qarşısında parklanma üçün avtodayanacaq var. Ancaq hamı maşını bazarın qarşısında saxlayır. Ensiz köməkçi yolda bir tərəfdən də avtomobil park edilir. Həmin avtomobillərin təzədən yola çıxıb hərəkət etməsi də böyük problem yaradır”.
P.Mürsəliyevin sözlərinə görə, yol polisi bu problemi təkbaşına həll edə bilməz. Sürücülər özləri avtomobillərini yol kənarında saxlamağın düzgün olmadığını, bunun hansı problemlər yaratdığını bilməli və parklanma üçün nəzərdə tutulan yerlərdən istifadə etməlidirlər: “Elə küçələr var ki, cari təmir işləri aparmaq istəyirik, amma parklanmalar ucbatından biz işimizi görə bilmirik. Həftələrlə yol kənarında qalan avtomobillər var. Bu avtomobilləri atıb hara gedirlər? Yol polisi bizim işimizə kömək etmək istəyir, maşının sahiblərini tapa bilmirik. Küçələrin sayı-hesabı yox, yollar isə maşınlarla doludur. Bunun üçün bir mədəniyyət formalaşmalıdır. Bakı Dövlət Baş Yol Polis İdarəsi neyləsin? Bu qədər maşını evakuatorla daşıyıb cərimə meydançasına çatdırmaq mümkün deyil. Nə qədər işçi qüvvəsi və evakuatorlar olsa da, bu, mümkün deyil. Sadəcə olaraq insanlarda mədəniyyət formalaşmalıdır. Sual verəndə deyirlər ki, maşını harada saxlayım? Maşını alan adam əvvəlcə onu harada saxlayacağını fikirləşməlidir. Əgər ev alırsınızsa və maşınınız varsa, həyətdə isə avtodayanacaq yoxdursa, niyə oradan ev alırsınız ki? Sən get evdə yaşa, avtomobili də küçədə saxla. Belə olmaz axı”.
Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, əhalinin parklanma qaydalarına riayət etməsi ilə bağlı problemlər var: “Əvvəllər paytaxtdakı sürücülər avtomobillərini parklanmaq üçün yer olmamasından şikayət edirdilər. Son bir neçə il ərzində yeraltı, mərtəbəli müasir standartlara cavab verən dayanacaqlar tikilib istifadəyə verildi. Eyni zamanda, problemin həlli üçün paytaxtda 70-dən artıq küçə və prospektlər üzrə 500-dən çox parkomatlar da quraşdırıldı. Bu gün Bakı şəhəri üzrə yol polis əməkdaşları qeyd edilən ərazilərdə xidmət apararkən dayanma, durma və parklama qaydalarını pozduqlarına görə gün ərzində təxminən ən azı 200-dən artıq protokol yazırlar. Hətta eyni xətanı törətdiyinə görə bir sürücüyə yeddi dəfə protokol yazılması halları da var. Amma vəziyyət mənfiyə yox, müsbətə doğru getməkdədir. Belə ki, ötən ilin müvafiq dövründə gün ərzində dayanma, durma və parklanma ilə bağlı 400-500 protokol tərtib edilirdisə, hazırda bu rəqəm 200-ə enib. Bu da göstərir ki, problem düzəlməyə doğru gedir”.
V.Əsədov deyir ki, yol polisi tərəfindən keçirilən tədbirlərin müsbət nəticə verməsi üçün ictimaiyyət də çalışmalıdır. Təkcə yol polisinin köməyi ilə bu məsələlər həllini tapa bilməz: “Maşını olmayanları da düşünmək lazımdır. Səhər hərəkətin intensiv olduğu saatlarda tədris müəssisələrinin qarşısında avtomobili ilə övladlarını gətirən valideynlər hamısı bir dəqiqə saxlayıb gedəcəyini deyirlər. Lap elə bir dəqiqə ərzində məktəbin qarşısında yolun hərəkət hissəsində bir avtomobil dursa, təxminən 120-yə qədər avtomobilin iki hərəkət istiqamətli yolda ən azı beş dəqiqə ləngiməsi deməkdir. Biz bununla bağlı təcrübə aparmışıq. Sürücülər çox vaxt yolun hərəkət hissəsində avtomobillərinin qəza-duracaq işıqlarını yandırıb, sanki belə olmalıdır düşüncəsi ilə aptekə, mağazaya düşürlər. Əslində bu da yolverilməzdir. Qanunun yerinə yetirilməsində hər kəs məsuliyyətini artırmalıdır. Heç kəs xətasını başqasının üstünə atmamalıdır. Yol polisi olmadan hər bir hərəkət iştirakçısı öz hərəkətini tənzimlənməyi bacarmalıdır. Yol polisi olaraq fəaliyyətimizi üç istiqamətdə qurmuşuq. Birinci, hərəkətin təhlükəsizliyinin təmin edilməsinə çalışırıq. İkincisi, təbliğat aparırıq. Üçüncüsü isə insanların şüuruna təsir edə biləcək profilaktik tədbirlər də həyata keçiririk. Gün ərzində, dislokasiya üzrə təhkim edildiyimiz ərazidə yol hərəkət qaydalarını pozanları məsuliyyətə cəlb edirik. Bu məsuliyyətə cəlb etmək də törədilmiş xətaların qarşısını almaq üçündür”.
Bölmə rəisi avtomobillərin günlərlə yol kənarında qalmasına da münasibət bildirdi. Dedi ki, ancaq texniki problemi olan avtomobillərin yol kənarında uzun müddət saxlanması halları var: “Əməkdaşlarımız tərəfindən bununla bağlı reyd keçirilib. Təxminən 12 belə fakt aşkarladıq və sürücüləri tapdıq. Həmin avtomobillər texniki cəhətdən problemi olanlardır. Bu da ki, şəhərin mərkəzində deyil, kənar yaşayış məntəqələrinin yaxınlığında idi. Sürücüləri tapıb onlara bildirdik ki, maşın xarab olsa da, yolun kənarında saxlamaq olmaz. Düzdür, əvvəlki illərlə müqayisədə nəticələr yüksəkdir. Amma biz daha yaxşı olmasını istəyirik və buna ümid edirik. Bakı şəhərində dayanmanın, durmanın, parklamanı qadağan olunduğu yerlərdə avtomobil saxlamasınlar və şəhərdə tikilmiş parklanma yerlərindən istifadə etsinlər”.
V.Əsədov Avropa Oyunları ilə bağlı sürücülərə müraciət də etdi: “Yarış ərəfəsində ölkəmizə xeyli turist gələcək. Onlar Bakıda gəzintiyə çıxsalar və parklanma ilə bağlı bu mənzərəni görsələr, hansı təəssüratla öz ölkələrinə qayıdacaqlar? Ona görə də avtomobil sahiblərinə müraciət edib deyirəm ki, gəlin, qonaqpərvərliyinizi nümayiş etdirdiyimiz kimi, yol hərəkətində mədəniyyət səviyyəmizin yüksək olduğunu da sübut edək. Tənbəllik etməsək, xətamızı bir-birimizin üzərinə atmasaq, bu problemlər baş verməz. Çünki hər kəs özünü haqlı hesab edir”.
Aygün Asimqızı