“Çətin ki, bu il adi həyata dönmək mümkün olsun”
Almaniyada çalışan azərbaycanlı həkim Uğur Ağamalıyev: Hər kəs sosial izolyasiya qadağalarına birmənalı
əməl etməlidir, yoxsa nəticələr çox ağır ola bilər
COVİD-19 infeksiyası dünya ölkələrinin bütün düzənini pozub. Koronavirus insanları alışdıqları həyatdan nəinki qoparıb, onları xəstəlik təhlükəsi ilə üz-üzə qoyub, əlavə qayğılar gətirib, problemlərlə yükləyib. Bizim ölkəmizdə virusun yayılmasının qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər aparılsa da, infeksiya ilə mübarizə sonadək səmərə vermir: xəstəlik sayı da, ölüm sayı da hər gün çoxalır. Hətta vəziyyət o dərəcəyə çatıb ki, xəstələr üçün xəstəxanalarda yer tapılmır.
Dünya ölkələri virusa qarşı ÜST-ün tövsiyələrini əsas tutaraq mübarizə aparır, xəstəliyə tam qalib gəlməsələr də, müəyyən uğurlara nail olublar. Məsələn, xəstə sayında kəskin azalmalar müşahidə olunur. Bir sıra ölkələr isə artıq əvvəlki həyatlarına qayıtmaq haqqında düşünürlər. Hamı üçün maska taxılması, social məsafənin gözlənilməsi, özünütəcrid hələlik virusla mübarizədə əsas vasitələrdəndir.
Almaniyanın ən böyük universitet xəstəxanalarından olan Münhen Universitet Xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasının həkimi Uğur Ağamalıyev qəzetimizə müsahibəsində koronavirusla mübarizədə çalışdığı ölkənin təcrübəsini bölüşüb.
- Koronavirus infeksiyası ətrafinda coxlu diskussiyalar, fikirlər var. Biz həqiqətən bu virus haqqında nə bilirik? Nə üçün "yeni" virus deyilir? Nə üçün bu qədər yoluxucudur?
Söhbətləşdi
Təranə Məhərrəmova

-
Əslində coronavirus ailəsi 1960-cı illərdən elmə məlum olan bir virus ailəsidir
və indiki pandemiyaya qədər bu virus ailəsi 2002-2003-cü illərdə SARS pandemiyasına
və 2012-ci ildə MERC epidemiyasına səbəb olub. Bizim "koronavirus” kimi
tanıdığımız SARS-CoV-2 virusu da elmə müəyyən qədər məlum olan bir virus
növüdür. Hətta 2007-ci ildə nəşr edilən bir elmi məqalədə Çində yarasalarda
belə bir virusun mövcudluğu və nə vaxtsa böyük bir təhlükəyə çevrilə biləcəyi
haqda xəbərdarlıq edilir. Bu qədər yoluxucu olmasının səbəbi isə virusun
hava-damcı yolu ilə yayılmasıdır. Hətta bəzi tədqiqatçıların fikrinə görə,
virus sadəcə öskürmə zamanı deyil, normal danışıq zamanı da yayıla bilir.
Virusun cisimlərin səthində nə qədər qalması və patogenliyini saxlaması haqda
isə hələ ki dəqiq bir elmi məlumat yoxdur.
- Hazırda dünya virusa qarşı necə
mübarizə aparır? Mübarizənin Almaniya modeli uğurludurmu? Hazırda ölkədə
vəziyyət necədir?
-
Bildiyimiz kimi, Covid-19 xəstəliyindən ölənlərin sayı digər ölkələrlə
müqayisədə Almaniyada çox aşağı dərəcədədir. Hal-hazırda infeksiyaya yeni
yoluxanların sayı da Almaniyada günü-gündən azalmaqdadır. Artıq Almaniyada
məktəblər, restoranlar normal fəaliyyətinə geri dönüblər. Ancaq buna
baxmayaraq, burada hələ ki ikinci dalğa müşahidə edilmir. Ona görə də, düşünürəm
ki, Almaniya modelini uğurlu hesab etmək olar. Bu modeli qısa şəkildə təxminən
belə ifadə etmək olar ki, pandemiyanın başlanğıc mərhələsində sosial izolyasiya
ilə bağlı mümkün qədər sərt addımlar atılmalıdır. Və eyni zamanda mümkün qədər
çox insan Covid-19-a görə yoxlanılmalıdır ki, hətta xəstəliyi simptomsuz
keçirən insanlara belə, diaqnoz qoyulub vaxtında izolyasiya və müalicə etmək
mümkün olsun.
- İnfeksiya yeni yayılmağa
başlayanda, deyilirdi ki, yaşlı adamlar üçün daha təhlükəlidir. Hazırda virus
demək olar ki, yaş tanımır - hətta yeni doğulan körpə də yoluxa bilir. Bu
amillər virus haqqında məlumatsızlıqdan irəli gələ bilər, yoxsa arealı daha da
genişləndiyi üçündür?
-
Açığı bu fikirlə razı deyiləm. Çünki hələ də xəstəliyə yoluxanların və ağır
keçirənlərin əksəriyyətini yaşlı və ya yanaşı xəstəliyi olan xəstələr təşkil
edir. Gənc yaşda Covid-19 səbəbindən dünyasını dəyişən xəstələr haqda da
məlumatlar var. Ancaq həmin insanlarda əksər hallarda immun sistemini
zəiflətmiş yanaşı xəstəliklər də mövcuddur. Öz çalışdığım universitet
xəstəxanasındakı müşahidəmə əsasən deyə bilərəm ki, xəstələrin ölüm səbəbi
ağciyər çatışmazlığı və onun əsasında yaranan böyrək, ürək çatışmazlığı kimi
patologiyalardır.
- Fikirlər var ki, kişilər
xəstəliyi daha ağır keçirir. Həqiqət varmı, bu fikirlərdə?
-
Bu ilin fevral ayında nəşr edilmiş bir elmi tədqiqat zamanı yoxlanılmış
xəstələrin 58%-ini kişilər, 42% faizini isə qadınlar təşkil edib. Ancaq bunun
səbəbləri haqda vahid bir fikir yoxdur. Bir nəzəriyyəyə əsasən, SARS-Covid-19
virusu orqanizmə daxil olmaq üçün Angeotensin Converting Enzyme 2 (ACE2)
fermentini reseptor kimi istifadə edir. Ürək-damar xəstəliyi olan insanlarda bu fermentin miqdarı
yüksək olur. Dolayısı ilə də düşünülür ki, bu xəstələrin daha çox ACE2
reseptoru olduğu üçün, Covid-19 xəstəliyini də daha ağır keçirirlər. Mənim
fikrimcə, bu nəzəriyyədən yola çıxaraq belə nəticəyə
gəlmək olar ki, kişilərdə ürək-damar xəstəlikləri çox olduğundan və dolayısı
ilə həmin reseptorun miqdarı qadınlarla müqayisədə daha çox olduğundan, kişilər
bu xəstəliyi nisbətən ağır keçirə bilərlər.
- "Pandemiyadan sonra daha əvvəlki həyat olmayacaq” - deyə insanları
təşvişə salan fikirlər də səslənir. Bunların necə, əsası varmı? Koronavirusu,
az qala atom bombası təhlükəsi ilə eyniləşdirmək nə qədər doğrudur?
- Əslində doğrudan da,
bu pandemiya həyatımızda müəyyən izlər qoyacaq. Ümumi götürdükdə, artıq birbaşa
kontakt olmadan da təhsilin, alqı-satqının mümkün olduğunun şahidi olduq. Və bu,
pandemiyadan sonrakı dövrə təbii ki, böyük təsir edəcək. Ancaq fikrimcə, biz bu
virusla müəyyən müddət yaşamağa öyrəşəcəyik. Peyvənd tapıldıqdan sonra isə
standart şəkildə digər peyvəndlərlə birlikdə həyata keçiriləcək.
- Sizcə, hazırda xəstəliklə mübarizədə yeganə yol vaksin tapılana qədər
sosial əlaqələrin məhdudlaşdırılmasıdır?
- Xeyr. Almaniya
modelini uğurlu model hesab etsək, o zaman sadəcə xəstəliyin qızğın olduğu və
ya qızğınlaşacağı dövrlərdə sosial izolyasiya ilə bağlı ciddi addımlar
atılmalıdır. Nəzərə alsaq ki bizim ölkəmizdə son vaxtlarda yeni yoluxmaların
sayı artmaqda davam edir, hər kəs bu sosial izolyasiya qadağalarına birmənalı
şəkildə əməl etməlidir. Əks halda, bu çox ağır nəticələrə gətirib çıxara bilər.
- Necə bilirsiniz, insanlara adi həyatlarına dönmək üçün nə
qədər zaman lazım ola bilər?
- Adi həyata dönmək,
çətin ki, bu il mümkün olsun. Bunun da ən əsas sosial səbəbləri mövcuddur.
Çünki, misal üçün, Almaniyada yaşlılar əksər hallarda övladlarından ayrı,
yalnız yaşayırlar. Azərbaycanda isə bunun əksinə, yaşlı insanlar övladları ilə
birlikdə bir evdə yaşayırlar. Dolayısı ilə, qadağaların yumşaldılması
Almaniyada ikinci dalğaya gətirib çıxarmadı. Çünki yenidən işləməyə başlayan
gənc və orta yaşlı qisim onsuz da çox hallarda xəstəliyi simptomsuz və ya
yüngül keçirir. Ən önəmlisi, yaşlı valideynləri və ya digər yaxınları ilə çox
az kontaktda olurlar. Ancaq Azərbaycanda uşaq, gənc və orta nəsil yaşlılarla
demək olar ki, daimi kontaktdadırlar. Bunun nəticəsində yaşlıların və ya
müəyyən xəstəlikləri olanların virusla təması Almaniya ilə müqayisədə daha çox
hallarda baş verə bilir. Ona görə Almaniyada və ya başqa hansısa Avropa
ölkəsindəki tendensiyanı birbaşa Azərbaycana şamil etmək olmaz. Bu sosial fərqi
nəzərə alaraq, biz gedişatdan asılı olmayaraq, daha ehtiyatlı davranmalıyıq.
Söhbətləşdi
Təranə Məhərrəmova