• şənbə, 27 Aprel, 05:21
  • Baku Bakı 14°C

“Çernomor” obrazı ilə məşhur olan rus aktyoru Vladimir Fyodorov vəfat edib

18.05.21 23:30 708
“Çernomor” obrazı ilə məşhur olan rus aktyoru Vladimir Fyodorov vəfat edib
Rusiyanın tanınmış aktyorlarından olan Vladimir Fyodorov 83 yaşında vəfat edib.
APAxəbər verir ki, bu barədə mərhum aktyorun tanışı İvan Şablov "Facebook” səhifəsində yazıb.
"Qısa boylu böyük adam. Sənətçi, nüvə fiziki, vətəndaş və İnsan! Qızıl əlləri və parlaq düşüncəyə sahib idi”, deyə Şablov vurğulayıb.
Qeyd edək ki, V. Fyodorov 40-dan çox filmdə rol alıb. O, xüsusilə "Ruslan və Lyudmila" sovet filmindəki "Çernomor” obrazı ilə məşhur idi. "Turançoks” obrazı da ona uğur gətirmişdi. Bundan əlavə, Fyodorov "On iki stul" və "Kin-dza-dza!" filmlərində də çəkilib.
banner

Oxşar Xəbərlər