• şənbə, 27 Aprel, 04:23
  • Baku Bakı 14°C

Ermənistan silahlı bölmələri atəşkəsi 47 dəfə pozub

04.12.16 09:46 817
Ermənistan silahlı bölmələri atəşkəsi 47 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olanAğdamrayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli,Xocavəndrayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,Xocavənd,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
banner

Oxşar Xəbərlər