• şənbə, 27 Aprel, 01:44
  • Baku Bakı 14°C

Erməni vəhşiliyinin növbəti təzahürü

23.07.20 20:50 2391
Erməni vəhşiliyinin növbəti təzahürü
Los-Ancelesdəki həmvətənlərimiz ermənilərin sayca dəfələrlə çox olduğunu bilsələr də, aksiyaya qatılmaqdan çəkinməyiblər

İyulun 21-də ermənilər ABŞ-ın Kaliforniya ştatı Los-Anceles şəhərində Azərbaycanın Baş Konsulluğunun qarşısında erməni diasporu yalan və böhtan dolu şüarlardan ibarət aksiya keçirib. Təşkilatçı isə ABŞ-dakı əsas erməni təşkilatı olan Amerika Erməni Milli Komitəsi olub. Guya "Azərbaycan aqressiyası”na son demək məqsədilə ölkəmizin konsulluğunun qarşısına toplaşıblar. Los-Ancelesdə yaşayan həmyerlilərimiz doğrularla aksiyaya qatılmağı özlərinə borc biliblər və "Qarabağ Azərbaycandır”, "Ermənistan aqressiyasına son”, "Uşaq qatili Ermənistan” kimi şüarlar səsləndiriblər.
Aksiyada qüvvələr də qeyri-bərabər olub. 5000-dən çox erməni, 50 nəfərdən az azərbaycanlı. Kaliforniya Ermənistandan sonra ermənilərin ən çox məskunlaşdığı yerdir, burada yarım milyondan çox erməni yaşayır.
Ermənistanın baş naziri Nikol Paşinyanın bu şəhəri "Erməni diasporunun” paytaxtı adlandırması da əbəs deyil. Məqsəd dinc aksiya keçirməkdirsə, təbii ki qeyri-bərabər sayda iştirakçı olması problem olmamalıdır, ancaq söhbət ermənilərdən gedirsə, problem olması qaçılmazdır. Çünki guya aqressiyaya son demək üçün aksiya keçirən ermənilərin özlərinin aqressiyasının qarşısını ABŞ polisi ala bilməyib. Nəinki azərbaycanlılara, polislərə hücum ediblər, yeri telekanallar bir polisin yaralandığını və polisə hücum edən şəxsin saxlandığını bildiriblər.

Erməni aqressiyasının yaratdığı mənzərəni sosial şəbəkələrdə, xəbər saytlarındakı şəkillər, videolarda görürdük. Aksiyada iştirak edən həmyerlilərimizin təəssüratları da ermənilərin necə aqressiv olduğunu göstərir.

Amerikada yaşayan azərbaycanlı yazar-dramaturq Sevinc Səfərova deyir ki, ailəvi olaraq aksiyada iştirak ediblər: "Yoldaşım və iki qızımla bir yerdə getmişdik. Oğlum balaca olduğu üçün aparmadım. İlk olaraq iki böyük avtobus dolu erməni səsgücləndirici ilə Azərbaycan konsulluğunun qarşısına gəldi. Guya Azərbaycan aqressiyasına etiraz aksiyası edirdilər. Biz də azərbaycanlı olaraq aqressiv olmadığımızı, torpaqlarımızı dinc yolla yeri qaytarmaq istədiyimizi, sülh tərəfdarı olduğumuzu, aksiyanı da dinc şəkildə keçirilməsini istədiyimizi bildirdik. Əskinə, onlardan tələb edirdik ki, uşaqları öldürməsinlər, müharibəyə son qoysunlar, torpaqlarımızı geri versinlər.

Aksiyanın baş qəhrəmanı 14 yaşlı Nail Qurbanov idi. Biz ilk olaraq iki maşında himnimizin sədaları altında bayraqlarımızla çıxdıq. Bizə çox aqressiv reaksiya verdilər, üstümüzə hücum çəkdilər, çəkiclə maşınlarımıza vurdular, çox əxlaqsız şəkildə söydülər. Beləcə biz maşınla aksiya iştirakçılarının qarşısından keçdik getdik, yolun sağ tərəfində azərbaycanlılar var idi, sol tərəfində isə çox sayda erməni. Azərbaycanlıların az olduğunu gördük və düşündük ki, piyada şəkildə də gənclərimizin səsinə səs verək. Artıq rəqəm sayından görünürdü ki, ora gedən ölümü gözə almalıydı. Bir tərəfdə minlərlə vəhşi erməni, bir tərəfdə isə 35-36 nəfər azərbaycanlı. Üstəlik də silahlı ermənilərdən olanları var idi, onların bizə silahla atəş açacağını belə hazır idik. Başımıza dolu su butulkaları, daşlar atırdılar”.

S.Səfərovanın sözləriə görə, polislərin azərbaycanlılara necə yanaşması məsələsinə də toxundu: "Amerika polisi bizi qoruyurdu, ancaq aksiya iştirakçılarının sayına görə, polis az idi. Ermənilərin sayı getdikcə artırdı, işdən çıxıb gələnləri çox oldu. Əvvəl hardasa 1000 nəfər idilər, sonra sayları 5-6 mini keçdi. Polislər bizə deyirdilər ki, bunlar sizə qarşı çox aqressivdir, bir az arxaya keçin, yola yaxın dayanmayın, hücuma keçsələr, onların qarşısını ala bilməyəcəyik. Bir neçə dəfə dedilər. Təbii ki, biz qorxmadıq və geri çəkilmədik. Ancaq onlar necə aqressiv olduqlarını dünyaya göstərdilər. 11 gəncimiz yaralanıb. 4-ü ağır vəziyyətdədir, 1-i həyatla mücadilə aparır. Amma fəxr edirəm ki, belə gənclərimiz var. Halal olsun ki, bu qədər az azərbaycanlı qorxmadan "Azərbaycan” deyib minlərlə erməninin qarşısına çıxdı. Az olduğumuz üçün getməyə də bilərdik, amma qorxmadıq”.

Həmyerlimiz Anar Dadaşov "Facebook” profilində belə bir paylaşım edib: "5 minə yaxın erməni aksiya keçirib öz saxta tarixləri ilə üstümüzə gəlmişdi, biz də 30-50 arası azərbaycanlı ilə qarşıladıq. Sivil insanlar kimi şüarlarımızı səsləndirdik. Sonra da üzərində "Ermənistanın aqressiyasına son, Qarabağ Azərbaycanındır” yazılan təyyarə onların üzərində dövrə vuranda, başları xarab oldu. Aksiyalarının baş tutmadığını görəndə, daha da hiddətləndilər. Azərbaycanlılar aksiya yerindən maşınlarına gedərkən arxadan çaqqal kimi hücum edib bir neçə həmyerlimizə xəsarət yetirdilər. Dava əsnasında bir azərbaycanlı xanımın telefonunu oğurlayıblar.

Biz dünyaya sübut etdik ki, ermənilər nə qədər vəhşi, barbar və oğru xalqdır. Amerika kimi inkişaf etmiş ölkədə yaşamaqlarına baxmayaraq, bədbəxt kimi öləcəklər.

Aksiyada iştirak edən bütün qardaş-bacılarımla qürur duydum. Sizinlə çiyin-çiyinə dayanmaq şərəf idi”.

Amerikada yaşayan azərbaycanlı jurnalist Gülbəniz Arifqızı belə bir aksiyaya getdikləri üçün onları qınayanlardan danışdı və aksiyada iştirakın müsbət və mənfi tərəflərinə toxundu: "Bizi qınayanlar, "qeyri-bərabər aksiyaya niyə getmisiniz” deyənlər də oldu. Səfirlik niyə bunu belə təşkil etdi, avtobus vermədi və s. kimi çox söz-söhbətlər var. Qeyri-bərabər aksiyaya qatılmağımızın müsbət və mənfi tərəfləri var.

Mənfi cəhəti odur ki, sayca çox az idik. 10 nəfər üzvümüz xəsarət aldı, bir gəncimizə maşınla xəsarət yetirdilər. Biz orda gücümüz çatmayan işin altına girmişdik.

Müsbət cəhətindən danışım. 2020-ci ilin məlumatına görə, Kaliforniya əhalisinin sayı 41 milyondur. 35 nəfər azərbaycanlı bu aksiyada iştirak etməklə, bütün Kaliforniyanın xəbər proqramlarına ölkəmizlə bağlı məlumat verdi. 41 yox, elə 1 milyonu da eşitsə, böyük rolu olar.

Digər tərəfdən, Azərbaycan hökuməti bu aksiyanı nümunə götürüb beynəlxalq təşkilatlara deyə bilər ki, əlində heç bir silahı olmayan 35 nəfərə qarşı bu qədər nifrət olan millətlə biz necə sülhlə danışa bilərik?

Eyni zamanda, bir neçə gün öncə torpaqlarımızda müharibə getdi, şəhid verdik. Bu gün ermənilərlə döyüşən Azərbaycan oğullarına dəstək üçün getdik. Ermənilər azərbaycanlıları qorxaq adlandırırlar, amma biz göstərdik ki, 35 nəfər 5 mindən çox erməninin qarşısında durursa, 10 milyon ayağa qalxarsa, onları yerlə yeksan edər. Gənclərimiz, həmvətənlərimiz qorxmadılar. Aksiyaya qatılanda, hər şeyi gözə almışdıq. Oradakı bütün gənclərimizlə, həmvətənlərimizlə qürur duydum”.

G.Arifqızı aksiyada polis sayının az olmasından da danışdı: "Ola bilər ki ermənilər 1000-2000 nəfərlik aksiya üçün icazə alıblar, ona görə az polis təyin edilib. Amma getdikcə sayları artdı və 10 minə çatırdı. İki polis vertolyotu göydə daim uçurdu, əraziyə nəzarət edirdi. Polislər bizi bir az kənara itələyirdilər, bilirdilər ki, ermənilər çoxdurlar və bizimlə yanaşı, polislərə xəsarət yetirəcəklər. O heyvan sürüsünün qarşısını almaq mümkün olmayacaqdı”.
Azərbaycanın Vaşinqtondakı səfirliyi buradakı həmyerlilərimizi erməni radikallarına qarşı ehtiyatlı və tədbirli olmağa çağırıb
Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyi Los Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücum etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib.

Müraciətdə deyilir: "Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

Soydaşlarımız ABŞ-ın müxtəlif şəhərlərində uğurlu aksiya və əks aksiyalar vasitəsilə ABŞ ictimaiyyətinə öz haqlı səslərini çatdırıb və erməni lobbiçilərinin yalanlarını ifşa edib. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimiz zorakılığa məruz qalıb. Nəticədə, bir neçə həmvətənlərimiz ciddi bədən xəsarətləri alıb.

Xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik. Hər bir soydaşımıza göstərdiyi vətənpərvərlik və milli birliyə, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə iyulun 21-də Los Anceles şəhərində törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar Los Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir.

Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meylindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli hüquq-mühafizə orqanlarına müraciət etməyə tövsiyə edirik. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirmək və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.
Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq və təhdid halları üzrə mümkün konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər”.

A.Asimqızı
banner

Oxşar Xəbərlər