• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

Əminə Dilbazi 100 iliyinə Torontoda anıldı

25.11.19 12:51 1745
Əminə Dilbazi 100 iliyinə Torontoda anıldı
Noyabr ayının 24-də Kanadada fəaliyyət göstərən Azerbaijani Women’s Support Centre North York Civic Centre-də Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə gecəsi təşkil edib.
AWSC-nin idarə heyətinin üzvü Minira Babayeva və Könül Qurbanova Əminə Dilbazinin Azərbaycan rəqs sənətindəki rolu və çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlərini vurğulayıblar. Tədbirdə tarixçi Fatimə Quliyeva Əminə Dilbazinin həyatı ilə yanaşı Dilbazi nəslinin tarixi və onların Azərbaycanın müstəqilliyi ugrundakı mübarizəsi haqda ətraflı məlumat verib.
Əminə Dilbazinin tələbəsi Qəmər xanım Peyğəmbəri isə sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib. Məsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışıb. Qəmər xanım bildirib ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazanıb. Tədbirdə iştirak edən Əminə xanımın oğlu, tanınmış dirijor İsmayıl Hacıyev başda Dr. Nazilə İsgəndərova olmaqla AWSC-yə təşəkkürünü bildirib. O bildirib ki, Əminə xanımın özünəməxsus orijinal ifa tərzi vardı. Xalq rəqslərimizin zənginləşməsi üçün həyatını rəqslərimzin araşdırılmasına və tədrisinə həsr edən Əminə Dilbazi rəngarəng repertuarları ilə yaddaşlarda qaldı.
Qəmər xanım bildirib ki, Əminə xanım eyni zamanda, dünya xalqlarının rəqslərinə də geniş yer ayırmışdı. Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallarda Azərbaycan rəqslərini uğurla tanıtdırıb. Tədbirdə "Dalğa” musiqi qrupu (Əliheydər Mirzəyev, Əkbər Məcidov, Davud Ağabaleyi, Əhəd Məmmədov və Əhməd Ağdamə) və Yusif Savalan ifalari ilə, Qəmər xanım, Ayaz və Dəniz Hadıtalıb rəqsləri ilə iştirakçılara unudulmaz anlar yaşatdılar.

banner

Oxşar Xəbərlər