AZE | RUS | ENG |

“Əli və Nino” Budapeştdə nümayiş olunub

“Əli və Nino” Budapeştdə nümayiş olunub
"Əli və Nino” filmi Macarıstanın paytaxtı Budapeştdə nümayiş edilib. AZƏRTAC xəbər verir ki, film Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə təqdim olunub. Ekran əsərinin təqdimat mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən tanınmış şəxslər, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Macarıstandakı səfirimiz Vilayət Quliyev filmin süjet xətti barədə danışıb və əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib. Səfir filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi, "Oskar” mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə çəkildiyini qeyd edib, ekran əsərinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə işıqlandırdığını bildirib. Səfir deyib ki, filmdə Birinci Dünya müharibəsi fonunda Cənubi Qafqazda multikultural cəmiyyətdə gedən proseslər, Şərq və Qərb arasında kəsişmə nöqtəsi olan Bakının portreti, eləcə də 1918-1920-ci ildə Azərbaycanda baş vermiş real hadisələr öz bədii təsvirini tapıb.
Film izləyicilər tərəfindən maraqla qarşılanıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8684
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1128
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1751
CHF 1 1 İsveçrə frankı 1.7154
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2975