• cümə, 26 Aprel, 17:54
  • Baku Bakı 23°C

Əli Həsənov: "Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir"

10.11.16 13:06 1770
Əli Həsənov: "Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir"
"Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir".APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovbildirib.

Ə. Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib: "Azərbaycan prezidentiİlham Əliyevdə Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olanATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki, Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq".
banner

Oxşar Xəbərlər