Əlavə gəlir mənbələri var

İqtisadçı
ekspertlər deyir ki, ölkə daxilində bu cür potensial mənbələr kifayət qədərdir
İlin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyev öz çıxışı zamanı bir sıra məsələlərə toxunub. O bildirib ki, ilin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Dövlət başçısı diqqətə çatdırıb ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır: "Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Biz bu islahatların gözəl nəticələrini görürük. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il.Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin”.
Bəs görəsən pandmeiya dövründə hansı xərclərə necə nəzarət edilməlidir? Dövlət büdcəsinə yeni gəlir mənbələri necə daxil ola bilər?
İqtisadçı-ekspert Rəşad Həsənov söylədi ki, yeni gəlir mənbələri dedikdə ilk növbədə mövcud iqtisadiyyatın şəffaflaşdırılması və gizli iqtisadiyyatın əhatə dairəsinin kiçildilməsi nəzərdə tutulur: "Başqa sözlə, burada söhbət vergi bazasının şəffaflaşdırılması nəticəsində büdcə gəlirlərinin genişləndirilməsindən gedir. Digər bir gəlir mənbəyi isə özəlləşdirmə ilə bağlıdır. Bir çox dövlət müəssisələri, o cümlədən işləməyən müəssisə və obyektlər var ki, dövlət mülkiyyətinə daxildir. Bu müəssisələrin özəlləşdirilmə prosesi sürətləndirilməlidir. Ümumiyyətlə, dövlət əmlakının özəlləşdirilməsi məsələsi artıq fərqli bir sferaya daxil olmalıdır. Son illər ərzində daha çox kiçik əmlakların özəlləşdirilməsinə üstünlük verilirdi. Artıq iri dövlət əmlaklarının özəlləşdirilməsi istiqamətində də müəyyən mövqe ortaya qoyulmalıdır. Yeni gəlir mənbələrindən biri kimi dövlət seqmentinə daxil olan 20-ə yaxın böyük müəssisənin fəaliyyəti yenidən təşkilinə ehtiyac var. Bu gün dövlət mülkiyyətinə daxil olan 20 ən böyük müəssisənin böyük əksəriyyəti qeyri-şəffaf fəaliyyət göstərir. Bunun nəticəsidir ki, korrupsiya halları dövlətə əlavə yük formalaşdırır. Həmin müəssisələr gəlir vermək əvəzinə öz fəaliyyətlərini əksər hallarda susbsidiya, dövlət dəstəyi, dotasiya hesabına davam etdirir. Bu qurumlar işlərinin şəffaflaşdırılması, idarəetmələrinin təkmilləşdirilməsi, həmçinin, korporativ idarəetmənin yeni əsaslarla formalaşdırılması nəticəsində yenidən ölkəyə qazandırılmalıdır. Onların dövlətə xeyir verməsi istiqamətində şərtlər formalaşdırılmalıdır. Bu da dövlət üçün ən əsas əlavə gəlir mənbəyi rolu oynaya bilər. Hesab edirəm ki, daha çox bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Digər bir məqam isə əmlaka amnistiyanın verilməsi məsələsidir. Əgər bu istiqamətdə işlər gücləndirilərsə şəffaflaşdırma prosesi də sürətlənəcək. Burada müxtəlif baxışlar var. Önəmli olan qarşı tərəfin inandırılmasıdır. Əgər bunu təmin edə bilsək, dövlətin fiskal gəlirləri üçün əlavə mənbələrin formalaşma imkanları genişlənə bilər”.
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, yeni gəlir mənbələri dedikdə kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin davam etdirilməsi nəzərdə tutulur: "Keçən il qeyd olunan istiqamətdə görülən işlərin nəticəsi olaraq dövlət büdcəsində gömrük və vergi xidməti xətti ilə 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Bu tendensiya cari ilin birinci rübündə də davam etdirildi. Dövlət büdcəsinə sözügedən istiqamətlər üzrə 310 milyon əlavə vəsait daxil olub. Keçən il büdcəyə bir milyard manat əlavə vəsaitin daxil olmasında kölgə iqtisadiyyatına qarşı ciddi mübarizənin aparılması mühüm rol oynadı. Həmçinin, 2019-cu ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdi. Keçən il ölkədə faktiki olaraq yeni bir büdcə-vergi siyasəti həyata keçirildi. Bu da təbii ki, qısa müddətdə öz effektivliyini göstərdi. Dövlət başçısı sonuncu video-müşavirə zamanı əlavə mənbələrin aşkarlanmasının zəruri olduğunu deyərkən məhz bu tədbirlərin davam etdirilməsini nəzərdə tuturdu. Düşünürəm ki, keçən ildən başlayaraq aparılan siyasət bu il də davam etdirilməlidir. Bütün bunlar onu göstərir ki, ölkə daxilində həqiqətən də potensial gəlir mənbələri kifayət qədərdir. Sadəcə olaraq, bu mənbələrin aşkarlamaq və dövlət büdcəsinə cəlb etmək lazımdır”.

Şəbnəm