Dövlət başçısı İlham Əliyev Makedoniya prezidentini ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevMakedoniya prezidenti Gyorge İvanovu bu ölkəninmilli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, təbrik məktubunda Azərbaycan-Makedoniya əlaqələrinin hazırkı səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb: "Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”.