Düşmən dəyirmanına su tökən antimilli şura
Deputatların fikrincə, xalq görür ki, bu
sınaq anında iqtidar özünü necə aparır,
radikal qruplaşmalar necə
Azərbaycanın iqtisadi inkişafı xarici qüvvələrin maraq dairəsində olan antimilli qüvvələri hər zaman məyus edirdi. Lakin COVİD-19 pandemiyası dövründə dünya iqtisadiyyatında baş verən geriləmələr, neftin qiymətinin aşağı düşməsi heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Nəticə etibarı ilə, neftin qiymətinin aşağı düşməsi sosial layihələrin həyata keçirilməsində, təqaüdlərin, pensiyaların artımında, yeni iş yerlərinin açılmasında fasilələr yaradır və bu da ölkə əhalisinin rifahında özünü büruzə verir. Heç şübhəsiz, bu vəziyyət xalqının, millətinin mənafeyini üstün tutan şəxslər tərəfindən sevinclə qarşılanmır. Buna ancaq düşmən Ermənistan və antimilli qüvvələr sevinə bilərdi və təəssüflər olsun ki, bu gün onu müşahidə etməkdəyik.
Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra jurnalistlərə müsahibəsi zamanı deyib ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura: "Baxmayaraq ki iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür. Ona görə mən hesab edirəm ki, biz bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracağıq. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıb. Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək”.
BƏXTİYAR

Dövlət başçısı
qeyd edib ki, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur
ki, kim kimdir: "Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların
sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət
aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı
olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri
ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün
neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət
adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə
düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən
demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki
biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki,
istənilən böhranla bacara biləcəyik”.
Mövzu ilə bağlı
"Kaspi” qəzetinə açıqlamasında Milli
Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Prezident İlham
Əliyev modul tipli hospitalın açılış mərasimində mətbuat üçün olduqca vacib bir
sıra ismarıclar verdi: "Bunların sırasında ilk növbədə diqqəti cəlb edən
məsələlərdən biri pandemiya dövrünün dünya və eyni zamanda Azərbaycan
iqtisadiyyatına məlum təsirləri ilə bağlı idi. Cənab Prezident vurğuladı ki,
Azərbaycanın 2020-ci il büdcəsində bir barel neftin qiyməti 55 dollar
götürülüb. Amma ötən altı ay ərzində neftin qiyməti orta hesabla 38 dollar
səviyyəsində olub. Bəzi hallarda isə bundan da aşağı göstəricilər müşahidə
edilib. Belə çətin durumda hər kəs öz simasını göstərmiş oldu. Məlum oldu ki,
buna sevinən Azərbaycanın müxalif dairələridir. Onlar öz aralarında
biri-birilərini təbrik edirdilər, göz aydınlığı verirdilər ki, bəs xəbəriniz
olsun, neftin qiyməti 14-15 dollara düşüb. Eyni zamanda buna sevinən ermənilər
oldu. Əslində Azərbaycan neftinin qiymətinin kəskin şəkildə aşağı düşməsi,
təbii ki, insanların sosial durumuna təsir göstərəcək, müəyyən sosial layihələrin
ixtisar edilməsinə gətirib çıxaracaq, investisiya fəallığının aşağı düşməsinə
və işçilərin ixtisarlarına səbəb olacaq, müəyyən mənada işsizliyin səviyyəsinin
artmasında rol oynayacaq”.
E.Nəsirov qeyd
etdi ki, bütövlükdə neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatının
tənəzzülü deməkdir: "Düşmən Ermənistanın buna sevinməsi bəlli məsələdir. Bu
ölkə düşməndir və Azərbaycanın zəifləməyinə onlar sevinə bilər. Ancaq burada
söhbət içimizdə olan siyasi qruplaşmalardan gedir. Axı radikal siyasi qruplaşmalar
buna niyə sevinirlər? Məgər bilmirlər ki, bunun ən böyük əziyyətini xalq
çəkəcək? Amma gecə-gündüz xalqın adından danışırlar. Əlbəttə ki, xalq bunların
hamısını müşahidə edir, kimin kim olduğunu çox gözəl görür. Ona görə də onların
heç bir sosial bazası yoxdur. Bu sınaq anında xalq görür ki, iqtidar özünü necə
aparır, radikal qruplaşmalar necə. Cənab Prezidentin səsləndirdiyi tezis, hesab
edirəm ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük dəstəklə qarşılanıb. Bir
daha radikal müxalif dairələrin iç üzünü açıb ictimaiyyətə göstərib”.
Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, Prezident İlham Əliyev hospitalın
açılışında bir çox vacib məqamlara toxundu: "Neftin qiymətinin aşağı düşməsinə
sevinənlərə ciddi reaksiya verdi. Bunun heç bir etik çərçivəyə sığmadığını
bildirdi.
Hamıya məlumdur
ki, neftdən gələn gəlirlər əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına və
digər vacib layihələrə yönəldilir. Təkcə bu il Azərbaycan 8 minə yaxın qaçqın
və məcburi köçkünü evlə təmin etməyi planlaşdırır. Eyni zamanda, 20 il orduda
qüsursuz xidmət edən hərbçilərə, şəhid ailələrinə, müharibə veteranlarına evlər
verilir. Bütün bu layihələr əsasən neftdən daxil olan vəsait hesabına icra
olunur. Əgər neft olmasa, bu layihələrin icrasında müəyyən çətinliklər yarana
bilər”. C.Məmmədov
vurğuladı ki, Azərbaycan neft ölkəsidir və neftin qiymətinin aşağı düşməsi,
birmənalı olaraq ölkə iqtisadiyyatı və sosial layihələrin icrasına ciddi təsirini
göstərir: "Azərbaycanın inkişafında neftdən daxil olan gəlirlər xüsusi yer
tutur. Ona görə bu məsələyə sevinmək olmaz. Çünki bu daha çox maddi imkanı zəif
olan insanlara təsir göstərəcək. Xalqı, milləti düşünən insanlar bu kimi
məsələlərə sevinməməlidirlər. Ümummilli məsələlərdə hamı şəxsi marağı kənara
qoyaraq, dövlət mənafeyini fikirləşməlidir.
Hazırda dünyamız
gözəgörünməz düşmənlə mübarizə aparır. Bir sıra dövlətlər virusla mübarizədə
ciddi çətinliklər çəkirlər. Bu mübarizədə birlik və həmrəylik xüsusi əhəmiyyət
daşıyır. Ona görə insanları gərginləşdirəcək, narahatlıq yarada biləcək fikirlərdən
hər kəs çəkinməlidir. İndi qisas yox, birlik və həmrəylik vaxtıdır. Biz
birlikdə güclüyük!” BƏXTİYAR