• cümə, 19 Aprel, 22:57
  • Baku Bakı 24°C

Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

11.03.23 14:00 555
Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 noyabr tarixli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilib.

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.7.3-cü yarımbəndinə edilən dəyişikliyə əsasən “Azərbaycan dili” fənnindən fəlsəfə doktoru imtahanının verilməsi tələbi yalnız dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbilər və vətəndaşlığı olmayan iddiaçılar üçün məcburi olacaq.

Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi zərurəti təmin edilib.

banner

Oxşar Xəbərlər