“Diplomat və jurnalistlərin baxışları” mövzusunda konfrans keçirildi

Azərbaycan Gənc Diplomatlar Birliyi və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin (AJŞ İB) birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində «2014-cü ilin yekunları: Diplomat və Jurnalistlərin baxışları» mövzusunda müzakirə xarakterli konfrans keçirildi. Ölkənin tanınmış jurnalistləri, Mətbuat Şurası nümayəndələri, diplomatiya sahəsi üzrə ixtisaslaşmış ekspertlər, siyasi icmalçılar və gənc diplomatların qatıldığı tədbirdə Azərbaycanın 2014-cü ildəki xarici siyasəti və əldə olunmuş uğurlara dair müzakirələr aparıldı.
Professor Elman Nəsirli açılış nitqində Azərbaycan Gənc Diplomatlar Birliyinin son zamanlar xeyli populyarlaşan, öz fəaliyyəti ilə gənclərin diqqətini cəlb edən, ətrafına daha böyük intellektli gənclər ordusunu toplamağa başlayan, ölkənin ictimai siyasi həyatında fəallığı ilə seçilən qurum olduğunu qeyd etdi: “Təşkilat eləcə də ölkə tarixində ən mühüm və vacib hadisələrdən biri - 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində öz fəallığı ilə seçilən gənclər qrumu olaraq yadda qalıb”.
MŞ İdarə Heyətinin üzvü Umud Rəhimov bu cür tədbirlərin gənclərin fəallığında mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. AJŞ sədri Ayaz Mirzəyev rəhbərlik etdiyi təşkilatın 3 ildir ki, yarandığını və gələcək fəaliyyətlərində ekspertlərin fikirlərinə üstünlük verməyə hazır olduqlarını bildirdi.
Tədbirdə “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi - 2014-cü ilin yekunları və 2015-ci ildən gözləntilər”, “Dünyanın aparıcı ölkələri ilə münasibətlər: Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-birləşmiş Ştatlar münasibətləri, Azərbaycan Avropa ölkələri və təşkilatları ilə münasibətləri”, “2015-ci ildə dünyanın qarşılaşacağı çağırışlar və onlarla bağlı Azərbaycanın mövqeyi”, “Suriya və İŞİD təhlükəsi”, “Ukrayna ətrafında yaranmış vəziyyətdən qaynaqlanın beynəlxalq hüquq sisteminin böhranı, dünyada iqtisadi böhrandan irəli gələn siyasi krizislər və onların Azərbaycana mümkün təsirləri” mövzularında aparılan müzakirələr maraqla qarşılandı.
Tədbirdə iştirak edən ekspertlər mövzular üzrə fikirlərini bildirdilər və 2015-ci il üçün Azərbaycanın uğur qazanması istiqamətində prioritet sahələrə dair proqnozlar səsləndirildi.
Təranə Məhərrəmova