Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb
Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə8,42 %artım olub.
Bu barədə"Report”a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib:
"Təkrar mənzil bazarında qiymətlər ay ərzində2,95 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə1,73 %azalıb. İlkin mənzil bazarında ay ərzində qiymətlərdə1,93 %, ötən ilin eyni dövrü ilə müqayisədə12,18 %bahalaşma qeydə alınıb”.
"Mənzillərin kirayəsi bazarında qiymətlər ay ərzində0,36 %, ötən ilin eyni dövrü ilə mqayisədə3,47 %artıb”, - deyə ekspert əlavə edib.