• cümə, 29 Mart, 06:02
  • Baku Bakı 5°C

Cəbhədə vəziyyət yenidən gərginləşdi, düşmənə cavab zərbəsi endirildi

26.04.16 10:19 2739
Cəbhədə vəziyyət yenidən gərginləşdi, düşmənə cavab zərbəsi endirildi
Nazirlik: Azərbaycan Silahlı Qüvvələri düşmənin hərbi obyektlərinə cavab zərbələri endirib

Aprelin 26-da saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.
banner

Oxşar Xəbərlər