AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bu il Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Cəmiyyət
28 Oktyabr 2021, 10:40 103

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb.

"Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda "İslahat İcmalı” nəşrində bildirilib.

Sənəddə qeyd olunub ki, bu ilin ötən dövründə ölkəyə 515 280 əcnəbi gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 % (2020-ci ildə 686 303 nəfər) azdır. Senrtyabr ayında isə Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib. Bu göstərici ötən ilin müvafiq ayında 36 531 nəfər olub, yəni 99 % artım qeydə alınıb.

Sentyabr ayında Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.