• çərşənbə axşamı, 19 mart, 15:38
  • Baku Bakı 8°C

Bu gün hava az küləkli, çimərliklərdə isə...

13.08.19 13:00 7971
Bu gün hava az küləkli, çimərliklərdə isə...
Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Yarımadada 28-31° isti, Bakıda 29-31° isti təşkil edəcək.
Abşeron çimərliklərində də şimal-şərq küləyi əsəcək.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
Əksər rayonlarda əasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu aranda 32-37° isti, dağlarda 22-26° isti təşkil edəcək.

banner

Oxşar Xəbərlər