AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

Cəmiyyət
12 Dekabr 2019, 16:21 332
UEFA Avropa Liqası qrup mərhələsində Bakıda keçiriləcək "Qarabağ"-"Düdelanj" komandalarının oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, oyunla bağlı bu gün metronun iş qrafikində də dəyişiklik ediləcək: "Oyunla bağlı Bakı metropolitenində tədbirlər planı hazırlanıb. "Bakı Metropoiliteni" QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb.
Tədbirlər planına əsasən, bu gün metronun "Gənclik" stansiyası gecə saat 00:30-a qədər fəaliyyət göstərəcək. Yəni, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək oyundan sonra stadiona gəlmiş azarkeşləri sona qədər təhlükəsiz daşımaq üçün "Gənclik" stansiyası gecə saat 00:30-a qədər sərnişin qəbul edəcək.

Bundan başqa, sərnişin sıxlığının yaranmaması üçün stansiya gücləndirilmiş rejimdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvələri artıq cəlb edilib, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac yaranarsa əlavə qatarlar xəttə buraxılacaq və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək".