• cümə, 26 Aprel, 06:47
  • Baku Bakı 12°C

Blinken: "Sanksiyalar müharibənin bitməsini sürətləndirməlidir"

25.06.22 16:30 637
Blinken: "Sanksiyalar müharibənin bitməsini sürətləndirməlidir"

Qərbin Rusiyaya qarşı sanksiyaları Ukraynaya qarşı hərbi əməlyyatların dayandırılmasını sürətləndirməyə hesablanıb.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O qeyd edib ki, Rusiya Ukraynadan milyonlarla ton taxıl ixracını əngəlləyir, onun Qara dəniz limanlarından istifadəsinə mane olur.

“Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünü mümkün qədər tez dayandırması üçün ona qarşı sanksiyalar tətbiq edərkən, bu məhsulların daşınması üçün zəruri olan sığorta və nəqliyyat üçün xüsusi istisnalar etmişik”, - Blinken deyib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi planı hazırladığı barədə məlumat yayılıb.

banner

Oxşar Xəbərlər