“Bir insan il boyu tez-tez xəstələnirsə, demək ki...”
Samir Cavadov: İmmun
sistemi üçün orqanizmin psixoloji vəziyyətini qorumaq vacibdir
Pandemiyaya qədər immun sistemimizin necə olması bizi indiki qədər narahat etməyib, düşündürməyib. Ancaq indi durum fərqlidir, virusla mübarizədə immun sistemimizin necə olmasının önəmli olduğunu tez-tez eşidirik və bu, bizi narahat etməyə bilmir. "Görəsən, immun sistemim güclüdürmü?” tipli sualları dilə gətirənlər də çoxdur. Bu tipli suallar ətrafında Azərbaycan Tibb Universitetinin tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadovla söhbətləşdik.
- Samir bəy, maraqlıdır, biz immun sistemimizin güclü olub-olmadığını necə müəyyənləşdirə bilərik?
Ümumilikdə isə immun sisteminin güclü olub-olmaması deyə bir şey yoxdur. İmmun sistemi xəstəlikləri olanlar var, bir də normal immun sisteminə sahib olanlar. İmmun sistemi xəstəliklərinə leykoz, talassemiya, xərçəng xəstəliyi, QİÇS və s. olanlar aiddir. Ancaq digər qrupla bağlı belə bir bölgü yoxdur ki, immun sistemi zəifdir, orta və ya güclüdür. Ancaq el arasında immun sisteminin zəif və ya güclü olması ilə bağlı fikirlər səsləndirənlər çoxdur. İmmun sisteminin necə olduğunu spesifik hüceyrələri yoxlamaqla müəyyən etmək olar. Leykosit, eozinofil, neytrofillərin sayı, müxtəlif CD miqdarları və s. müayinələr aparmaqla bunu öyrənmək olar. Tibbi yox, loru dildə desək, bunu bilmənin ən yaxşı yollarından biri insanın tez-tez xəstələnib-xəstələnmədiyinə baxmaqdır. Bir insan il boyu tez-tez xəstələnirsə, demək ki, immun sistemində bir problem var. Amma il boyu belə hal müşahidə edilmirsə, demək ki, immun sistemi normaldır.
Pis vərdişlərdən - siqaret, alkoqollu və enerji içkilərindən uzaq durmaq lazımdır.
Pandemiyaya qədər immun sistemimizin necə olması bizi indiki qədər narahat etməyib, düşündürməyib. Ancaq indi durum fərqlidir, virusla mübarizədə immun sistemimizin necə olmasının önəmli olduğunu tez-tez eşidirik və bu, bizi narahat etməyə bilmir. "Görəsən, immun sistemim güclüdürmü?” tipli sualları dilə gətirənlər də çoxdur. Bu tipli suallar ətrafında Azərbaycan Tibb Universitetinin tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadovla söhbətləşdik.
- Samir bəy, maraqlıdır, biz immun sistemimizin güclü olub-olmadığını necə müəyyənləşdirə bilərik?
- Suala cavab verməmişdən öncə, immun sistemin nə olması ilə bağlı
məlumat vermək istərdim. İmmun sistemi, orqanizmə genetik cəhətdən yad olan
maddələrə qarşı orqanizmin qorunma, müdafiə amilidir. Bu müdafiə amili spesifik
və qeyri-spesifik olmaqla iki qrupa bölünür. Spesifik amillər mikroorqanizmlərə
qarşı spesifik olaraq orqanizm əmələ gətirdiyi müdafiə amilləridir. Spesifik
amillər də özlüyündə iki qrupa bölünür.
Biri hüceyrələrdə olan hüceyrəvi immuniteti formalaşdıran amillərdir, digəri
isə qan və limfa kimi maye mühitlərdə olan amillər. Bu immunitetin əmələ
gəlməsində rol oynayan neytrofillər, makrofaqlar, eozinofillər və s. bu kimi
hüceyrələrdir.
Qeyri-spesifik müdafiə amili dediklərimiz, orqanizmin dəri örtüyü,
selikli qişaları və s. müxtəlif amillər nəzərdə tutulur. Müdafiə amilləri
dedikdə təkcə orqanizmin daxilində olan hər hansı kimyəvi maddə və ya hüceyrə
başa düşülmür. Bunun üçün orqanizmin xaricində olan amillər də başa düşülür.
Burun boşluğunda olan selikli qişa və onun daxilində yerləşən tüklər, ağızın
selikli qişası, ağız suyu, gözdə olan selikli qişa və göz yaşı, xarici qulaq
keçəcəyində yerləşən qulaq kiri, dəri örtükləri, tüklər, bağırsaqda olan
selikli qişa, bağırsağın hərəkəti və s. hamısı müdafiə amilləridir, bizi
mikroorqanizmlərdən qoruma yollarıdır. Müdafiə amillərinin bizi necə qoruması
ilə bağlı bir misal çəkim. İndi koronavirus mövzusu aktual olduğu üçün tənəffüs
yolu ilə bağlı birini deyim. Yuxarı və aşağı tənəffüs yolu var. Yuxarı tənəffüs
yollarında burun boşluğunun selikli qişası, ağızda yerləşən müxtəlif vəzlərin
ifraz etdiyi mayelər bizim üçün müdafiə amilidir. Aşağı tənəffüs yollarında isə
ağciyərdə olan surfanktant dediyimiz maddədir. Eyni zamanda bronxlarda olan
selik və səyirici epitellə örtülü olması da, müdafiə amilidir. Həmin səyricilik
nəticəsində mikroorqanizmlər, tozlar və s. davamlı olaraq aşağıdan yuxarıya -
ağciyərdən ağız boşluğuna tərəf itələnərək hərəkət etdirilir, ağız boşluğuna
gətirilərək bir selik vasitəsilə öskürək yaradaraq xaric olunur.Ümumilikdə isə immun sisteminin güclü olub-olmaması deyə bir şey yoxdur. İmmun sistemi xəstəlikləri olanlar var, bir də normal immun sisteminə sahib olanlar. İmmun sistemi xəstəliklərinə leykoz, talassemiya, xərçəng xəstəliyi, QİÇS və s. olanlar aiddir. Ancaq digər qrupla bağlı belə bir bölgü yoxdur ki, immun sistemi zəifdir, orta və ya güclüdür. Ancaq el arasında immun sisteminin zəif və ya güclü olması ilə bağlı fikirlər səsləndirənlər çoxdur. İmmun sisteminin necə olduğunu spesifik hüceyrələri yoxlamaqla müəyyən etmək olar. Leykosit, eozinofil, neytrofillərin sayı, müxtəlif CD miqdarları və s. müayinələr aparmaqla bunu öyrənmək olar. Tibbi yox, loru dildə desək, bunu bilmənin ən yaxşı yollarından biri insanın tez-tez xəstələnib-xəstələnmədiyinə baxmaqdır. Bir insan il boyu tez-tez xəstələnirsə, demək ki, immun sistemində bir problem var. Amma il boyu belə hal müşahidə edilmirsə, demək ki, immun sistemi normaldır.
- Adi otaq temperaturunda suyu
içəndə boğazı ağrıyan, boğazı gələn insanlar çoxdur. Həmin insanlar diqqətli
olmasalar, ildə bir neçə dəfə bu problemlə üzləşirlər. Bu, soyuq suya
həssaslıqdır, yoxsa qeyd etdiyiniz immun sistemi ilə bağlıdır?
- Faringit, laringit, tonzillit olursa, onları aid etmək olar. Hətta
bir insan ildə 4 dəfədən artıq faringit, laringit olursa, onda başqa
xəstəlikləri də axtarmaq lazımdır. Amma təkcə soyuq su içməklə boğazda problem
olmur. Əgər bir şəxsdə infeksiyanın törədicisi, mikroorqanizm yoxdursa, immun
sistemi normaldırsa, o adamı soyuducuda buzluğa da qoysan, xəstələnməz (gülür).
İnfeksiyanın yaranmasında 3 amil rol oynayır. Birincisi, mikroorqanizmdir, yəni
infeksiyanın törədicisi. İkinci amil bizim orqanizmin sağlıq durumu. Orqanizmin
necə reaksiya verməsində immun sistemi ilə yanaşı, müxtəlif amillər də rol
oynayır. Orqanizmdə əsas başqa bir xəstəlik ola bilər və s. Üçüncüsü isə xarici
mühitdir. Havanın temperaturunun dəyişməsi, kimyəvi amillər, rütubətlilik və s.
Əgər bir və ikinci amil normaldırsa, üçüncü təkbaşına heç nə edə bilməz.
- Virus daşıyıcısı, bir
nəfər normal immun sisteminə sahib şəxslə, bir nəfər də immun sistemi xəstəliyi
olan insanla ünsiyyətdə olur. Bu iki orqanizmin virusa reaksiyasını müqayisə
edək.
- Virusla mübarizədə insanlar
iki qrupa bölünür: risk qrupunda olanlar və sağlam şəxslər. Risk qrupuna aid
olan şəxslər təkcə immun sistemi xəstəlikləri olanlar deyil, eyni zamanda
yanaşı xəstəliyi olanlardır. Məsələn, ürək-damar sistemi, böyrək, qaraciyər
çatışmazlığı, ağciyərin xronik obstruktiv xəstəliyi, şəkərli diabet, piylənmə
və s. xəstəliklər risk qrupuna aiddir. Risk qrupunda olan şəxslərin yoluxması
ilə sağlam şəxslərin yoluxması arasında böyük fərq olacaq. Ümumiyyətlə, virusun
inkubasiya dövrü 2-14 gün arasında dəyişir. Müxtəlif faktorlardan asılı olaraq
2 günə də büruzə verə bilər, 14 günə də. İmmun sistemində problem yaşayan,
yaxud yanaşı xəstəliyi olanlarda virus özündə tez büruzə verəcək. Onlarda yüzdə
yüz yoluxma riski olur. Sağlam insanlar isə virusun yükündən asılı olaraq
reaksiya verəcəklər. Az miqdarda virus qəbul etsələr, orqanizm onu kənarlaşdıra
bilir. Əgər virus yükü çox olarsa, - sağlam şəxs olmasına baxmayaraq - onların
pis vərdişləri varsa (alkoqol və siqaret), vəziyyət dəyişir. Siqaret yuxarıda
qeyd etdiyim müdafiə amillərindən olan tənəffüs sisteminin kirpikli
hüceyrələrini, selikli qişasını zədələyir və o qorunma amili zədələnmiş olur.
Belə şəxslərdə infeksiya baş verə bilər. Sağlam orqanizmlərdə virusun özünü
göstərməsi 7-14 gün çəkə bilir.
- İmmun sisteminə
arxalanıb, "adi qrip kimi keçirəcəyik” deyənlər də var. Yəni əgər çox virus
qəbul etsək, immun sistemimiz güclü olsa da, orqanizmin reaksiyası heç də biz
fikirləşdiyimiz kimi olmaya bilər?
- Virus orqanizmə, əsasən tənəffüs yolu ilə daxil olur və həmin
tənəffüs sisteminin hüceyrələrinə adheziya olunur (yapışır). Növbəti mərhələdə
o hüceyrənin daxilinə keçməlidir. Ancaq hüceyrəyə yapışan zaman orqanizmin
müdafiə amilləri işə düşür. Makrofaqlar, neytrofillə, virus olduğuna görə,
burda əsas rolu limfositlər oynayır. Limfositlər həmin nahiyəyə toplaşıb onu
məhv etməyə çalışır. Əgər virus yükü azdırsa, hüceyrələrin mübarizə aparması
güclüdürsə, orqanizm virusa qalib gəlir. Əgər virusun miqdarı çoxdursa,
orqanizm bununla mübarizə apara bilmir və həmin virusa məğlub olur. Ona görə,
immun sisteminə arxayın olmaq lazım deyil. Nə dərəcədə virus aldığımızı
bilmirik. Yaxud həmin şəxslər immun sistemlərinin güclü olduğunu düşünə
bilərlər, amma yanaşı hansısa xəstəlikləri olub-olmadığı haqqında məlumatsız
olarlar.
Digər tərəfdən, indi özümüzü deyil, hər kəsi düşünməliyik. Az
miqdarda virus alsam, yüngül keçirərəm, heç nə olmaz, amma daşıyıcı olub çox
adama yoluxdura, onların həyatının bitməsinə səbəb ola bilərəm. Bu tərəfini də unutmaq
olmaz. Bu baxımdan, "İmmun sistemim güclüdür, virus mənə heç nə etməz” məntiqi
düzgün deyil.- Virusdan ölən tibb
işçilərinin, həkimlərin sayı da çoxdur. Bunun səbəblərindən danışaq. Səbəb
orqanizmlərinin immun sistemi ilə bağlı olur, yoxsa daha çox virus qəbul
edirlər?
- Tibb işçiləri davamlı şəkildə həmin xəstələrlə təmasda olurlar,
virus yükünü çox miqdarda alırlar. Üstəlik, iş saatları uzundur, xüsusi qorunma
vasitələri geyindikləri üçün də normal qidalanmaq, şəxsi gigiyenik qaydalara
riayət etmək qeyri-mümkündür. Sözsüz ki, həmin insanların yoluxma ehtimalı daha
yüksəkdir. Bunu immun sistemi ilə bağlamazdım. Virusa yoluxan, yaxud vəfat edən
həkimləri analiz etsəniz, görəcəksiniz ki, yaş hədləri, köklük dərəcəsi rol
oynayır. Yaxud araşdırılsa, hansısa yanaşı xəstəlikləri olduğunu görmək olar.
Dünyasını dəyişən tibb işçilərinin arasında çox az adam var ki, yaş həddi risk
qrupuna aid deyil. Əslində bunlara da baxılmalıdır ki, onların yanaşı xəstəliyi
olub, yoxsa yox.
- İmmun sistemini
gücləndirməklə bağlı hazırda internetdə mütəxəssislər və ya qeyri-mütəxəssislər
tərəfindən fərqli məsləhətlər qarşımıza çıxır. D vitamini qəbul edənlər də
çoxdur. Bununla bağlı fikirləriniz maraqlıdır. İndiki dövrdə immun sistemimizi
normal saxlamaq üçün nə edə bilərik?
- O məsləhətlər immun sistemi ilə bağlı insanlarda yanlış məlumat
olması ilə əlaqədardır. İmmun sistemi elə bir şey deyil ki, indi bir portağal,
limon, zəncəfil yeməklə qalxsın. Zəifdirsə, immun sistemi xəstəliyi varsa,
bir-iki gün nə isə yeməklə düzəlmir.
Bəli, immun sisteminin formalaşmasında D vitamini önəmlidir. Əslində
yay aylarında D vitamini almaq məsləhət görülmürdü, açıq havada olurduq, günəş
şüası qəbul edirdik. İndi ev şəraitində olduğumuz üçün D vitamini alınmalıdır.
Bununla yanaşı, gündəlik, meyvə-tərəvəz istifadəsi mütləq lazımdır. İmmun
sistemi güclənsin deyə deyil, orqanizmin mineral, vitamin ehtiyacını qarşılamaq
üçün edilməlidir. İmmun sisteminin formalaşmasında sink, C, D, A vitaminlərinin
rolu var, orqanizmin müqavimətini artırır. Eyni zamanda qeyri-spesifik müdafiə
amillərinin formalaşmasında köməyi vardır. Məsələn, A vitamini dəri üçün
vacibdir. Dəri isə qeyri-spesifik müdafiə amillərindən biridir. Pis vərdişlərdən - siqaret, alkoqollu və enerji içkilərindən uzaq durmaq lazımdır.
- İndi evdəyik, buna passiv
şərait də demək olar. Belə məqamda immun sistemini balansda saxlamaq heç də
asan olmur...
- Tez-tez evin havasını dəyişmək vacibdir. Hava yaxşı olanda, balkon
varsa, balkona çıxıb hava, günəş qəbul etsinlər. Bu, stressi azaltmağa da kömək
edir. Evdə mümkün olduğu qədər hərəkəti artırmaq lazımdır. Evdə olanda,
insanlar bir az passivləşirlər və asan hazırlanan xəmir yeməkləri, şirniyyat
məmulatları menyuda çoxluq təşkil edir. Karbohidratın çox alınması da başqa
xəstəliklərin meydana çıxmasına səbəb ola bilər. Ona görə, rasiona
meyvə-tərəvəz salmaq mütləqdir. Bir də bol su içilməsi vacibdir.
- Hazırda çəkisini
nəzarətdə saxlamaq məsələsini arxa plana atanlar da az deyil. "İndi yeyim,
orqanizmim güclü olsun, virus bitəndən sonra arıqlayaram” deyirlər. Bu dövrdə
çəkimizə nəzarət etməliyik, yoxsa ikinci plana da atmaq olar?
- Kökəlmə yolverilən hal deyil. Bu, piylənməyə gətirib çıxara bilir.
Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı yenilədiyi risk qrupu
siyahısında piylənməsi olanları da görürük. Virusa qarşı zəiflik göstərmədə
piylənmə faktoru da var. Piylənməsi olanlar xəstəliyi daha ağır keçirirlər.
Hətta süni tənəffüs aparatına qoşulanların əksəriyyəti də piylənməsi və köklüyü
olan şəxslərdir. "Evdəyəm, kilo almağım normaldır” kimi yanaşmaq olmaz.
- Ancaq bizdə "immun
sistemim güclənsin” deyib kalorili yeməklərə üstünlük vermək kimi bir yanaşma
var.
- Kalorili yemək dadlıdır, yaxşıdır, amma o kalorilini
yandırmırsansa, piylənməyə, kökəlməyə, onun nəticəsində başqa xəstəliklərə
gətirib çıxaracaq. Aldığım kalori ilə yandırdığım kalori nisbətini tənzimləyə
bilirsənsə, bu zaman problem yoxdur. Ancaq yağlı qızartma, qovurma ilə immun
sistemi güclənməz.
- İndi virusa yoluxmaqdan
hədsiz qorxan, stress keçirənlər də az deyil. Bu, immun sisteminə təsirsiz
ötüşmür yəqin ki.
- Qorxu, stress, təşvişin böyük təsiri var. Məsələn, herpes virus
(dodaqda uçuqlar) var. Gecə yuxuda qorxanda, səhər görürsən ki, dodağında uçuq
yaranıb. Avtomobildə gedəndə ani təhlükə ilə üzləşirsən, üstündən bir saat
keçməmiş dodaqda uçuq əmələ gəldi. Qorxu, stress nəticəsində orqanizm zəifləyər
və virusa yoluxmuşuqsa, klinik əlamətlər özünü daha tez büruzə verə, ağırlaşmalar
ola bilər. İmmun sistemi üçün orqanizmin psixoloji vəziyyətini qorumaq
vacibdir.
Aygün Asimqızı