• şənbə, 27 Aprel, 03:46
  • Baku Bakı 14°C

Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib

03.10.16 20:47 1625
Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib
Azərbaycan Prezidentiİlham Əliyev"Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda deyilir:

"1. "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilsin".

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan RespublikasınınNazirlər Kabinetibu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
banner

Oxşar Xəbərlər