• şənbə, 20 Aprel, 08:14
  • Baku Bakı 14°C

“Beşinci kolon” öz çirkli siyasi oyunlarını insanlarımızın taleyindən üstün tutduğunu aydın göstərir

10.04.20 15:21 461
“Beşinci kolon” öz çirkli siyasi oyunlarını insanlarımızın taleyindən üstün tutduğunu aydın göstərir
Bu gün bütün dünyanın koronavirus pandemiyasının təsirindən və fəsadlarından əziyyət çəkdiyi bir dövrdə dünya dövlətlərinin hökumətləri infeksiyanın öz ərazilərində geniş yayılmasının qarşısının alınması, vətəndaşlarının sağlamlığının qorunması, onlara zərər vuran bu vəziyyətin yumşaldılması üçün səmərəli tədbirlər görməyə çalışır. Ölkəmizdə də koronavirus infeksiyasının təsirinin azaldılması, vətəndaşlarımızın daha çox sayda bu xəstəliyə yoluxmasının qarşısının alınması sahəsində təxirəsalınmaz tədbirlər görülür.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat deyib: "Təbii ki, ölkəmizdə bununla bağlı görülən işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi nəzarəti olmaqla, bir çox dünya dövlətləri üçün bir örnəkdir, xalqın sağlamlığına olan diqqət və qayğının bariz nümunəsidir. Belə ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dövlət büdcəsindən 1 milyard manat ayrılıb, koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub, ölkədə tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına başlanılıb, zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 97 milyon manat ayrılıb, koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsi məqsədilə 575 çarpayılıq yeni tibbi müəssisə, ölkədə tibbi maskalara tələbatın ödənilməsi üçün bu qoruyucu vasitələri istehsal edən müəssisə istifadəyə verilib. Bununla yanaşı, Azərbaycan Respublikası dünya birliyi tərəfindən koronavirus pandemiyasına qarşı aparılan mübarizəni ciddi şəkildə dəstəkləyir və öz dəyərli töhfəsini verir, bu bəladan əziyyət çəkən digər dövlətlərə öz yardım əlini uzadır”.
Kamran Bayramov təəssüflə qeyd edib ki, görülən bütün bu işlərə baxmayaraq, "beşinci kolon” adlanan və öz pozuculuq fəaliyyəti ilə dövlətimizə və xalqımıza yalnız zərər vuran, xarici havadarlarının və sponsorlarının sözü ilə oturub-duran bəzi qüvvələr ölkəmiz və xalqımız üçün bu cür ağır olan bir dönəmdə öz məkrli planlarını reallaşdırmağa cəhd edirlər. Qeyd edilən qüvvələr pandemiya mövzusundan istifadə etməklə xalqımızın sağlamlığının qorunması və rifahının gücləndirilməsi naminə atılan addımları şübhə altına qoymağa, ölkədə və cəmiyyətdə xaos və qeyri-sabit mühit yaratmağa cəhd göstərirlər, öz çirkli siyasi oyunlarını insanlarımızın taleyindən, cəmiyyətimizin firavanlığından üstün tutduqlarını açıq-aydın göstərirlər. Lakin xalqla iqtidar birliyi, vətəndaşlarımızın dövlətimizin başçısı İlham Əliyevə olan inamı və dəstəyi bu cəhdləri heçə endirir, sivil siyasi mübarizədən və sadə etik qaydalardan uzaq olan "beşinci kolon”un bu niyyətlərini qətiyyətlə darmadağın edir və edəcək.
banner

Oxşar Xəbərlər