• cümə, 26 Aprel, 08:56
  • Baku Bakı 12°C

Bakıda “Trend of the Year 2018” mükafatlandırma gecəsi keçiriləcək

17.11.18 09:45 583
Bakıda “Trend of the Year 2018” mükafatlandırma gecəsi keçiriləcək
"Trend of the Year 2018” - "İlin Trendi" Mükafatı il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən - trendə çevrilən şəxslərə və ya şirkətlərə təqdim olunacaq.
Trend-in məlumatına görə, il ərzində sosial şəbəkələrdə və media üzərindən müşahidələrə görə, İlin Trendi hesab edilən namizədlər sorğuda iştirak edəcəklər. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. İncəsənət, biznes, şirkət, moda, dizayner, blogger, müğənni, aparici, media, jurnalist, fotoqraf, film, aktyor, şair, idmançi, stilist, makeup artist , model, dancer, musiqi, turizm , həkim , kosmetoloq, psixoloq , və s. Son nəticə və mükafatın təqdim olunması səs vermə, yekun sorğular əsasında müəyyənləşəcək. Qeyd edək ki, təqdimat mərasimi 17 dekabr, 19:00 tarixində Flame Towers - Park Cinema IMAX - da baş tutacaq. Layihənin informasiya dəstəyi isə Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az saytlarına məxsusdur.
banner

Oxşar Xəbərlər