• şənbə, 27 Aprel, 02:33
  • Baku Bakı 14°C

Bakıda Rəşid Behbudovun heykəlinin açılışı olub

04.10.16 14:17 962
Bakıda Rəşid Behbudovun heykəlinin açılışı olub
Oktyabrın 4-də Bakıda Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni Rəşid Behbudovun heykəlinin açılış mərasimi olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevvə xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısına məlumat verilib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.

Prezidentİlham Əliyevxanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürüb.

Dövlət başçısı heykəlin önünə gül qoyub.

Prezidentİlham Əliyevmərasimdə çıxış edib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Xalq artistləri Mübariz Tağıyev, Xuraman və Fidan Qasımova bacıları, müğənninin ailə üzvü Kamil Şahverdiyev çıxış etdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları heykəlin önünə gül dəstələri qoyublar.

Dövlət başçısı Rəşid Behbudovun ailə üzvləri, mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.

Daha sonra prezident, xanımı və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə əməkdar artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinləyiblər.
banner

Oxşar Xəbərlər