Bakıda Litva tatarları ilə bağlı sərgi təşkil olunub
Bakıda Beynəlxalq Türk İrsi və Mədəniyyəti Fondunda Litva tatarları ilə bağlı sərgi açılıb.
APA-nın məlumatına görə, sərginin açılışındaAzərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Qabrielius Landsberqis iştirak edib.
Nazir bildirib ki, bu il Litvada yaşayan tatarların mədəniyyətinin və tarixinin 700 illiyi qeyd olunur.