• şənbə, 27 Aprel, 06:53
  • Baku Bakı 12°C

Azərbaycanın Vətən müharibəsinin şəhidləri Ankarada yad edilib

04.12.20 15:57 400
Azərbaycanın Vətən müharibəsinin şəhidləri Ankarada yad edilib

Bu gün Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilən anım tədbiri Ankarada da qeyd olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki Səfirliyinin rəsmi "Twitter” hesabında bildirilib ki, Səfirliyin qarşısında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) Azərbaycan Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

"Şəhidlərimizin əziz xatirəsini Səfirliyimizdə bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz”, - deyə qeyd olunub.

banner

Oxşar Xəbərlər