• cümə, 19 Aprel, 18:24
  • Baku Bakı 24°C

Azərbaycanın daim var olması üçün cızılan yol

03.10.19 13:08 1610
Azərbaycanın daim var olması üçün cızılan yol
Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən (3 oktyabr, 1993-cü il) 26 il ötür. Bu, Azərbaycan var olduqca xatırlanacaq bir tarixdir.Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr heç də adi bir dövr deyildi.70 ildən sonra yenidən müstəqilliyini qazanan Azərbaycanda tarixin təkrarlanması, 1920-ci ildə olduğu kimi müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. 1990-cı illərin əvvəlindəAzərbaycanda siyasi hakimiyyətə naşıların yol tapması olduqca mürəkkəb vəziyyət yaratmışdı.
Bütün sahələrdə durum ağırlaşmışdı:
Siyasi sahədə
- Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı,
- müxtəlif siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi,
- müdafiə vəhdətinin pozulması, separatçı meyillərin güclənməsi nəticəsində ölkənin ərazi bütövlüyünün zəifləməsi,
- xarici dövlətlər tərəfindən Azərbaycanın daxili proseslərinə artan müdaxilələr,
- ölkənin beynəlxalq aləmdən təcrid olunmasıbaş vermişdi.
İqtisadi sahədə:
- Keçmiş SSRİ ərazisində iqtisadi məkanın dezinteqrasiyası, keçmiş ittifaq respublikaları ilə təsərrüfat əlaqələrinin pozulması,
- maliyyə-pul sisteminin destabilizasiyası və kifayət qədər valyuta vəsaitlərinin olmaması, manatın kursunun aşağı düşməsi,
- nəzarət edilməyən iqtisadi böhran və strukturun yenidən təşkili üçün vəsaitlərin olmaması,
- xarici yardımdan asılılığın güclənməsi, əhalinin çaşqınlığı və mənəvi-psixoloji böhran,
- kənd təsərrüfatında, sənayedə istehsalın aşağı düşməsi,
- ərzaq idxalından asılılıq səbəbindən potensial zəiflik,
- yanacaq-enerji kompleksinin böhran vəziyyəti hökm sürürdü.
Sosial sahədə isə
- əhalinin yoxsullaşması,
- əhalinin sosial müdafiəsinin əsas institutlarının dağılması;
- əhalinin geniş dairələrindəsosial çarəsizlik əhval-ruhiyyəsinin artmasımüşahidə olunurdu.
Böyük əksəriyyəti həvəskar siyasətçilərdən ibarət olan AXC-Müsavat hakimiyyətinin ölkəni saldığı durum qorxunc şəkil almışdı. Bu komandanındiletantlığı, dövlət idarəciliyindən bixəbərliyi, hakimiyyət postlarına hərisliklə yiyələnməsi, mühüm nazirliklərin siyasi naşıların əlinə keçməsi Azərbaycanı idarəolunmaz bir vəziyyətə salmışdı, başqa tərəfdənsə,ölkənin müstəqilliyini gözü götürməyən xarici dövlətlər Azərbaycanı qarışdırmaq planını işə salmışdılar.
Azərbaycan hamının görə bildiyi, hamının qorxduğu faciələr içərisində itib-batırdı; müxtəlif bölgələrdə separatçı qüvvələr baş qaldırıb, ölkəni parçalayır, ayrı-ayrı siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr yaranır, cinayətkarlıq get-gedə artır, insanlar mübahisəli məsələlərini silahla həll edirdi; bir sözlə, ölkə vətəndaş müharibəsi həddinə çatmışdı.
Gəncədə vətəndaş müharibəsinin ilkin işartıları ilə paralel olaraq ən pis olaylar cəbhə bölgəsində cərəyan edirdi. Bir tərəfdə vətəndaş müharibəsi, digər tərəfdə isə yeni ərazilərin itirilməsinə yaranan təhlükənin nə demək olduğunu anlamaq çətin deyildi. Heydər Əliyevi bəyənməyən, onu qəbul etməyən, hər zaman qısqançlıqla yanaşanlar nəinki özlərinin, bütövlükdə, Azərbaycanın ona eytiyac duyduğunu dərk etməli olmuşdular.
Heydər Əliyev AXÇ-Müsavat iqtidarına lazım idi ki, vətəndaş müharibəsini dayandırsın, eyni zamanda, müstəqilliyin itirilməsi kimi ağır bir məsuliyyəti onların üzərindən götürsün. Tarixin ironiyasına bax ki, Heydər Əliyevi siyasi keçmiş sayanlar, əllərindəki tribunalardan istifadə edib onun qururuna toxunmaq istəyənlər çətinə düşən kimi ona Azərbaycanın xilaskarı gözü ilə baxmalı olmuşdular.
Heydər Əliyev təkcə ayrı-ayrı siyasi füqurlara yox, bütövlükdə cəmiyyətə zərbə vuran qiyamçı Surət Hüseynovu sakitləşdirməklə, hadisələrin dramatikliyini böyük ustalıqla azalda bildi. Böhranın səngiməsi istiqamətində atılan addımların ardıcıllığı vətəndaş müharibəsinin dərinliklərə gedib çıxmasının, bütün sahələrdə böhranın daha da dərinləşməsinin qarşısını aldı.
Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbayçanın bütün sahələrdə inkişafını təmin edəcək islahatlara başladı.
Heydər Əliyev Azərbayçan ücün, sözsüz ki, dünya ücün də gərəkli olan layihəni ön plana cıxartdı: "Əsrin müqaviləsi”nin imzalanmasına müvəffəq olub, neft axtarışlarına start vermək, ardınça Bakı-Tbilisi-Çeyhan neft kəmərinin cəkilməsini həyata kecirmək.
Heydər Əliyev yeni iqtisadi sistemin tələblərinə uyğun olaraq bazar iqtisadiyyatını, sahibkarlığın inkişafını sürətləndirdi.
İqtisadi siyasətin uğurları Heydər Əliyevə imkan verdi ki, Azərbayçanda yeni əhəmiyyətli dövlət müəssisələri-xəstəxanalar, məktəblər, idman kompleksləri, mədəniyyət binaları tikilsin, ümumilikdə sosial infrastuktur yenilənsin. Bundan başqa, əmək haqları, təqaüdlər artırılsın. Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlər ücün yaşayış evləri uçaldılsın.
Heydər Əliyevin siyasi varisi prezident İlham Əliyevin rəhbərliyi illərində bütün sahələrdə sürətlənən və bu gün şahidi olduğumuz nailiyyətlərin təməli Ümummilli Liderə məxsusdur. Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan böyük dövlət adamı idi. Onun fəaliyyəti gələcəyə ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib, müstəqilliyi əbədiləşib.
Bu gün Azərbaycan qısa müddətdə güclü orduya, iqtisadiyyata malik, öz imkanları hesabına yaşayan bir dövlət kimi tanınır. Azərbaycan dünyanın nüfuzlu qurumlarının hesabatlarında dünyanın ən islahatçı 20 ölkəsi sırasında yer alırsa, səsi ən yüksək tribunalardan eşidilirsə,bütün bu uğurlarda Heydər Əliyev siyasətinin rolu var.
Ulu Öndərin qoyub getdiyi yol Azərbaycan dövlətinin, millətinin daim müstəqil olması üçün cızılan bir yoldur. Hakimiyyətdə hansı qüvvə olur-olsun bu yolla getməyə məhkumdur...
Elman Babayev
banner

Oxşar Xəbərlər