• şənbə, 21 Dekabr, 04:29
  • Baku Bakı 9°C

Azərbaycandan turist axını 23 % artıb

22.05.23 13:00 9363
Azərbaycandan turist axını 23 % artıb

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 % artaraq 493,1 min nəfər olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 %, Türkiyəyə gedənlərin sayı 5,5 % artıb, İrana gedənlərin sayı isə 26,5 % azalıb. Ölkə vətəndaşlarının 38,9 %-i Türkiyəyə, 24,1 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 7,8 %-i İrana, 19,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil edib.

2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 29,5 %-i dəmir yolu və avtomobil, 67,8 %-i hava, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.

banner

Oxşar Xəbərlər