• cümə, 26 Aprel, 16:44
  • Baku Bakı 23°C

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya səfəri başlayıb

15.06.21 15:37 299
Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya səfəri başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev vəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri başlayıb.
Kaspi.az-ın məlumatına görə, səfər çərçivəsində bir sıra tədbirlər keçiriləcək, iki ölkə arasında sənədlər imzalanacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.
banner

Oxşar Xəbərlər