Azərbaycan-Koreya Dostluq konserti keçirildi
Koreya Respublikasının Azərbaycandakı səfirliyi bu gün Müslüm Maqomayev
adına Azərbaycan Akademik Filarmoniyasında "Azərbaycan- Koreya
Dostluq Konserti” təşkil edib. Konsertdə
Azərbaycan ictimaiyyət nümayəndələri, diplomatik korpusun nümayəndələri
və adi vətəndaşların da iştirakı ilə, 500-dən çox dinləyici iştirak edib.
Qeyd edək ki, Cənubi Koreyalı violençel ifaçısı xanım Ryo Meehae beynəlxalq konkruslarda müsif olmaqla yanaşı Avropada aktiv şəkildə musiqi fəaliyyəti ilə məşğul olan, Koreya Respublikasının dünyaca məşhur seçilən və sevilən musiqiçisidir.
Kaspi.azxəbər verir ki, konsertdə Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə
Koreyalı məşhur violençel ifaçısı xanım Ryo Meehae çıxış edib. Konsertin
drijorlu isə Yalçın Adıgözəlov olub.
Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Simfonik Orkestrinin Koreya əsəri olan "Vətən Baharı” ifası
dinləyicilərin zövqünü oxşadı. Koreyalı musiqiçi Ryo Meehae-nin Simfonik
Orkestr ilə birgə ifa etdiyi "Rokoko Mövzusunda Variasiya” isə violonçelin
gözəl sədası altında izləyicilərə çatdırılıb. İfa izləyicilər tərəfindən
gurultulu alqışlarla müşayit olunub.