• çərşənbə, 07 May, 08:58
  • Baku Bakı 17°C

AZAL onlayn bilet satışını müvəqqəti dayandırıb

14.07.18 14:58 646
AZAL onlayn bilet satışını müvəqqəti dayandırıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn bilet satışını dayandırıb.

"APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, hava yolları şirkəti bununla bağlı vətəndaşlara müraciət edib.

Məlumatda deyilir ki, aviaşirkətin www.azal.az ünvanında yerləşən internet səhifəsində bilet satışı dayandırılıb: "Aviaşirkətdən birbaşa asılı olmayan bir sıra texniki problemlərlə əlaqədar olaraq hazırda www.azal.az saytında aviabiletlərin satışı müvəqqəti olaraq qeyri-mümkündür”.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyib.
banner

Oxşar Xəbərlər