• çərşənbə axşamı, 16 aprel, 13:40
  • Baku Bakı 19°C

“Avroviziya-2023”ün loqosu və şüarı təqdim olundu - FOTO

31.01.23 17:30 810
“Avroviziya-2023”ün loqosu və şüarı təqdim olundu - FOTO

İngiltərənin Liverpul şəhərində, Ukrayna nişanı altında keçiriləcək “Avroviziya-2023”ün loqosu və şüarı təqdim olunub.

67-ci “Avroviziya” Mahnı Müsabiqəsinin təşkilatçıları 2023-cü ilin mayında baş tutacaq musiqili tədbirin loqosunu və şüarını açıqlayıblar.

“Avroviziya-2023”ün şüarı “United By Music” – “Musiqi ilə bir araya gələnlər”dir. Təşkilatçıların fikrincə, bu, Böyük Britaniya, Ukrayna və ev sahibi Liverpul arasında inkişaf etmiş unikal tərəfdaşlığı əks etdirir. Şüarın məqsədi “Avroviziya-2023”ün və musiqinin inanılmaz gücünün dünya üzrə icmaları necə bir araya gətirdiyini nümayiş etdirməkdir.

“Avroviziya-2023”ün loqosunda isə Ukrayna və Böyük Britaniya bayraqlarından götürülən rənglərdən istifadə edilib və müsabiqənin sevincini, müxtəlifliyini əks etdirir.

Loqoda həmçinin rəngli elektrokardioqram effektindən istifadə edilib. Bu, hər biri ritm və səsə reaksiya verən ürəklər zəncirindən ibarətdir və bütün “Avroviziya-2023” iştirakçılarının və tamaşaçılarının ümumi ürək döyüntülərini əks etdirmək üçün nəzərdə tutulub. Mənası isə “Bizim hamımızı musiqi birləşdirir” deməkdir.

banner

Oxşar Xəbərlər