AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Avroviziya-2021"in qalibi İtaliya təmsilçisi oldu - VİDEO

Mədəniyyət
23 May 2021, 09:00 501
Niderlandın Roterdam şəhərinin "Rotterdam Ahoy" arenasında 65-ci "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Trend-in məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin qalibi "Zitti E Buoni" mahnısını ifa edən İtaliyanı təmsil edən "Måneskin" rok qrupu olub.
Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Fransa təmsilçisi, üçüncü yeri isə İsveçrə təmsilçisi tutublar.
Azərbaycan təmsilçisi Samirə Əfəndi finalda 21 nömrə altında çıxış edib və 20-ci yerdə qərarlaşıb.