• cümə axşamı, 28 mart, 16:38
  • Baku Bakı 16°C

"Aşqabadda Prezidentimiz Paşinyanı fakt qarşısında qoydu"

12.10.19 17:21 1197
"Aşqabadda Prezidentimiz Paşinyanı fakt qarşısında qoydu"
"Prezidentİlham ƏliyevMDB Dövlət Başçıları Şurasının zirvə toplantısında Ermənistanın baş naziri Nikol Paşinyanı çıxılmaz duruma saldı, Paşinyan isə cavab verə bilmədi. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir".
Bunu "Report"a açıqlamasındaMilli Məclisin deputatıElman Məmmədovdeyib.
Deputat vurğulayıb ki, insanlığa, xüsusilə ilə müsəlmanlara qarşı nifrət, faşizm ideologiyası, bəlkə də, Almaniyadan əvvəl ermənilərdə mövcud olub:
"Ona görə də Almaniyada faşistlər hakimiyyətə gələndə, ermənilər onlarla həmrəy olduqlarını bildirdilər. Hələ Almaniyada faşizm ideyaları çiçəklənməmişdən qabaq, 1800-cü illərdən başlayaraq ermənilərin müsəlman-türk xalqına qarşı törətdiyi bütün hərəkətlər sırf faşizm ideologiyasına əsaslanırdı. Özlərini yuxarı ali irq hesab edib, yaşadıqları əraziləri erməniləşdirmək məqsədilə o ərazilərdə qeyri-millətlərin olmasını mümkün hesab etmirdilər, o millətlərin kökünü kəsmək üçün vaxtaşırı əməliyyatlar aparırdılar. Bu, l Dünya müharibəsində və ondan əvvəlki dövrə aid sənədlərdə də təsdiqini tapıb. II Dünya müharibəsində ermənilərin faşistlərlə əməkdaşlığı göz qabağında olub, gorbagor Qaregin Njde buna misaldır. Faşizm ideologiyası yalnız Ermənistanda deyil, bütövlükdə erməni təşkilatlarında da üstün tutulur. Sadəcə olaraq, ermənilər çox məharətlə uzun illər ərzində üzlərini maskalayaraq saxtakarlıq və riyakarlıqla bu əməllərini gizlədiblər. Onlar özlərini yazıq kimi qələmə verərək yaşadıqları ərazidə qırğınlar törədiblər. Onların əməlləri bu gün də davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən, humanizmdən, insan hüquqlarından danışır. Qəribəsi odur ki, Ermənistan rəhbərliyi insan hüquqlarından danışanda, bununla əlaqəli olan beynəlxalq təşkilatlar ermənilərin qarşısında sübut qoymur ki, soyqırımlar, qətliamlar törədən sizsiniz".
Deputat vurğulayıb ki, ermənilər XX əsrin sonlarında əsrin dəhşətli cinayətlərindən birini -Xocalı soyqırımını törədiblər, 1 milyon insanın bütün hüquqları ermənilər tərəfindən pozulub:
"Ermənilər uşaq qatilləridir. Dünya Ermənistanı yerində oturtmaq üçün heç bir şey etmir, cəzalandırmır. Paşinyan MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə toplantısında erməniləri mədəni millət kimi qələmə verməyə cəhd edirdi, guya sülhpərəstdirlər. Prezident İlham Əliyev vaxtaşırı ermənilərin cavabını verir. Xatırlayırsınızsa, Prezident İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Paşinyanın layiqli cavabını vermişdi. Aşqabadda keçirilən görüşdə də dövlət başçımız Paşinyanı fakt qarşısında qoydu. O isə Prezident İlham Əliyevə cavab verə bilmədi. Prezident sübut etdi ki, ermənilər Qaregin Njdeyə abidə qoymaqla açıq şəkildə faşizm ideologiyasına xidmət etdiklərini göstərmiş oldular. Tarixin elə bir dövrü gələcək ki, ermənilər etdiklərinə görə cəzalarını alacaqlar".
banner

Oxşar Xəbərlər