• çərşənbə axşamı, 19 mart, 10:16
  • Baku Bakı 8°C

Amerikanın Afro-Latın Musiqi Qrupunun Azərbaycana səfəri başlayıb

22.11.19 18:14 729
Amerikanın Afro-Latın Musiqi Qrupunun Azərbaycana səfəri başlayıb
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi mədəniyyətlərarası anlayış və əməkdaşlığı möhkəmləndirmək üçün tanınmış amerikan musiqiçilərini dünya ölkələrinə gətirən ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi proqramı çərçivəsində Afro-Latın sintez qrupu "Buyeponqo”nun Azərbaycandakı ilk konsertini maliyyələşdirməkdən məmnunluq duyur.
"Buyeponqo” qrupu Azərbaycanda olarkən müxtəlif konsert proqramları ilə çıxış edəcək, yerli musiqiçi və tələbələrlə musiqi/cem sessiyaları keçirəcəkdir. "Buyeponqo”nun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıqdır. ABŞ səfirliyi canlı hip-hop, pank, fank və caz musiqisi ilə maraqlanan hər kəsi aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:
21 noyabr – Park Bulvar Mall - 19:00
22 noyabr – Gəncə Dövlət Filarmoniyası - 17:00
23 noyabr – Şəki Dövlət Dram Teatrı – 16:00
24 noyabr – Zaqatala Mədəniyyət Mərkəzi – 15:00
25 noyabr- Qəbələ Mədəniyyət Mərkəzi – 15:00

Beş nəfərdən ibarət Afro-Latin "Buyeponqo” qrupu Latın Amerikası diasporuna xas hip-hop, pank, fank və caz sədalarının qarışığından ibarət çılğın tropik üslublu musiqilər ifa edir.

2010-cu ildə Beliz və Qvatemalaya səyahət edən və bölgənin Qarifuna mədəniyyətinin Afro-Karib səslərindən təsirlənən aparıcı vokalist və zərb aləti ifaçısı Edqar "Meşli" Modesto məktəb qrupunun səsini yenidən kəşf etmək üçün Los-Ancelesə qayıtmaq qərarına gəlmişdir.
Edqarın qardaşı bas ifaçısı Randi Modesto, gitara və akkordion ifaçısı Corc Vallejo, saksafon və fleyta ifaçısı Angel Hernandez ve zərb laəti ifaçısı Larri Harveyden ibarət "Buyeponqo” qrupu Ozomatli, Booker T, The Beanuts ve Şaron kimi qruplarla eyni səhnəni paylaşıblar.
Onlar başgicəllənbdirici enerjili və dərhal siraətedici ritmləri ilə Qrand Park və Los Anjeles dairəsinin İncəsənət Muzeyi də daxil olmaqla saysız-hesabsız səhnələrdə çıxış etmiş və Levitt Pavilyon Yay Musiqisi silsilələrini və "Hollivud Forever”in Dia De los Muertos şənliklərində ifa ediblər.
Yuka ağır Tumbao ritmində ifa olunmuş "Por tu Amor” və "Peqao,”mahnıları daxil olmaqla qrup üçün orijinal kompozisiyalar yazır və səsləndirir. "Buyeponqo”nun Todo Mundo albomu Sia, Frank Ocean ve Kendrik Lamarın albomları ilə birgə L.A. Weekly tərəfindən 2016-cı ilin Top-10 albomu sırasına daxil edilmişdir. Qrup hekayə söyləmənin və təhsilin icma quruculuğundakı gücünə inanır. Onun üzvləri tez-tez könüllü olaraq tələbələrə dərs verir, ətraf məhəllələr üçün rəqs tədbirləri təşkil edir və Haitiyə yardım, LA İncəsənət Gəzintisi və LA Yer Günü kimi müxtəlif maliyyə vəsaiti toplama tədbirlərində çıxış edirlər.
Daha ətraflı məlumat əldə etmək üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsinə daxil olun:
www.facebook.com/baku.usembassy


banner

Oxşar Xəbərlər