AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AMB sədri:

AMB sədri: "İstehlak kreditlərinin restruktizasiyası üzrə müraciətlərin 87%-i icra olunub"

İqtisadiyyat
30 Oktyabr 2020, 12:53 152
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən prudensial tədbirlər ilin sonuna qədər uzadılıb. Tədbir üzrə ilkin müəyyən olunmuş tarixədək (sentyabrın 30-na) 1,4 mlrd. manat məbləğində kreditlərin restrukturizasiyası üzrə müraciətlər icra edilib.
 
"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair AMB-nin onlayn mətbuat konfransında bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu müraciətlərin biznes kreditlər üzrə 88%-i, istehlak kreditləri üzrə isə 87%-i tam icra olunub. İstehlak kreditləri üzrə restrukturizasiya 111 mln. manat, biznes kreditləri üzrə isə 87 mln. manat təşkil edir.
 
E. Rüstəmov qeyd edib ki, 103 mln. manat dəyərində ipoteka kreditlərinin restrukturizasiyası üzrə 1 800 müraciətin 31 mln. manatlıq hissəsi icra olunub.