SOCAR Bolqarıstandakı biznesini genişləndirəcək
![SOCAR Bolqarıstandakı biznesini genişləndirəcək](https://kaspi.az/storage/posts/large/ZyuQT5bugPsQBnDfb0Jbaj5eLRAULXEblPhEuZTK.jpg)
SOCAR Bolqarıstanda biznesini genişləndirməyi planlaşdırır və bu ölkədə daxili qazpaylayıcı şəbəkənin inkişafı üzərində işləyir.
“Report” xəbər verir ki, bunu “SOCAR Balkany” şirkətinin rəhbəri Murad Heydərov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində deyib. Onun sözlərinə görə, SOCAR ilə Bolqarıstanın “Asarel Investment” şirkəti arasında Memorandum imzalanıb ki, bu da “SOCAR Balkany”nın Bolqarıstandakı biznesinin inkişafında daha bir addım deməkdir: “İndi biz Bolqarıstandakı mövcudluğumuzu genişləndirmək və son istehlakçılarla işləmək üçün imkanları araşdırırıq. Bu məqsədlə biz Bolqarıstanda daxili qazpaylayıcı şəbəkəni inkişaf etdirməyi planlaşdırırıq”.
![banner](/images/kaspibanner.jpg)